Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Tusi-Bohm planetariumun birgə əməkdaşlığı çərçivəsində “Gələcəyin mühəndisi” ikinci respublika müsabiqəsi keçirilib.
Müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilərin astronomik biliklərinin əhatəsinin genişləndirməsi, kosmik cihazların maketinin hazırlanması, onların kosmik sənayeyə marağının artırılması və bu sahədə bacarıqlı kadrların aşkarlanması, məktəblilərin astronomiya dərnəklərində fəal iştirakının təmin edilməsindən ibarətdir.
Karantin rejimi ilə əlaqədar onlayn platformada keçirilən müsabiqə iki nominasiya üzrə təşkil olunub:
1) astronomiya, kimya, biologiya, coğrafiya sahələrində elmi tədqiqatlar apararaq yeni biliklərin əldə edilməsi;
2) kosmik avadanlıqların maketləri, təkmilləşdirilməsinə yönəlmiş texniki tədqiqatlar və təkliflər.
“Gələcəyin mühəndisi” müsabiqəsində respublikanın 17 rayonundan ümumtəhsil və internat məktəblərinin 50 nəfər V-XI sinif şagirdi, məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri fərdi, kollektiv şəklində iştirak edib.
Müsabiqənin münsiflər heyətində astrofiziklər, mühəndislər və bu sahənin mütəxəssisləri - Tusi-Bohm planetariumun rəhbəri Famil Mustafa, Bakı Dövlət Universitetinin astrofizika kafedrasının müdiri Kəmalə Alışova, AMEA Şamaxı Astrofizika Rəsədxanasının dosenti Mirnamiq Bəşirov, Azərkosmos ASC-nin aparıcı peyk operatoru Sitarə Mehdiyeva, Milli Aviasiya Akademiyasının elmi işçisi Fuad Dadaşov təmsil olunub.
Müsabiqənin nəticələrinə əsasən 12-15 yaş qrupu üzrə Bakı şəhər 173 nömrəli orta məktəbin şagirdi Nazim Topçubaşov birinci, 103 nömrəli orta məktəbin şagirdi Firudin Musalı ikinci, Ağdam şəhər 2 nömrəli köçkün məktəbinin şagirdi Orxan Cəfərov, Ağdaş şəhər Ağzıbir kənd orta məktəbin şagirdi Turan Kərimov, Oğuz rayon uşaq-gənclər idman məktəbinin dərnək üzvü Amil Rüstəmov, Salyan rayon uşaq-gənclər idman məktəbinin dərnək üzvü Valeh Ağayev, Şamaxı rayon uşaq-gənclər idman məktəbinin dərnək üzvü Fərid Sadayev və Məhbubə Əhmədova, Mingəçevir şəhər uşaq-gənclər idman məktəbinin dərnək üzvü Emil Əliyev, Şəmkir rayon uşaq-gənclər idman məktəbinin dərnək üzvü Rəvan Məhərrəmli, Qax rayon uşaq-gənclər idman məktəbinin dərnək üzvü Şahabbas Şahabbaslı, Siyəzən rayon uşaq-gənclər idman məktəbinin dərnək üzvü Mayəddin Həmidov, Ucar rayon uşaq-gənclər idman məktəbinin dərnək üzvü Seyidəli Həsənov üçüncü yerə layiq görülüb.
16-18 yaş qrupu üzrə Xankəndi rayon 4 saylı köçkün məktəbinin şagirdi Kərimov İlkin birinci, Astara rayon uşaq-gənclər idman məktəbinin dərnək üzvü Əsədullayev Röyal ikinci, Bakı şəhər “Bakı Avropa liseyi”nin şagirdi Əliyev Taleh və Əhmədzadə Zərifə üçüncü yeri tutublar.
Tehsil-press.az