Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı (TGT) onlayn imtahanlarla bağlı tələbələrə müraciət edib.
Müraciətdə deyilir: “Əziz dostlar! Dünəndən başlayan imtahan sessiyası, sözsüz ki, hər birimizi həyəcanlandırır. Biz indiyə qədər imtahanların yazılı formada aparıldığına öyrəşmişdik, indi isə şifahi qaydada imtahan verir, müəllimlərə dialoq şəklində öz biliklərimizi nümayiş etdiririk. Bu mənada hamımızın həyəcanı başadüşüləndir. Ancaq, həmişə olduğu kimi, bu gün də universitet rəhbərliyi biz tələbələrin yanında olduğunu nümayiş etdirdi. Bu imtahan sessiyasında tələbələrə maksimum diqqət və qayğı göstərildiyinin şahidi oluruq. Rektorumuzun bizə ünvanladığı müraciətində tələbəyönümlü qərarlar qəbul edildiyini, bizim öz biliklərimizi nümayiş etdirməyimiz üçün bütün mümkün şəraitin yaradılacağını vurğulamışdı. Dünən və bu gün keçirilən imtahanlarda bunun şahidi olduq. İki gün ərzində təxminən 10 minə yaxın tələbə imtahan verib. Hər bir tələbəyə diqqətlə yanaşılıb, onların öz biliklərini nümayiş etdirmələri üçün bütün şərait yaradılıb. Bütün tələbələr imtahanlardan müvəffəq qiymət alıblar. Yaradılmış şəraitə görə universitet rəhbərliyinə və müəllimlərimizə təşəkkür edirik. Biz tələbələrə isə yalnız öz biliyimizi nümayiş etdirmək qalır. Bunu da uğurla edəcəyik, hər hansı həyəcansız, təşvişsiz. Hamını yüksək fəallıqla onlayn imtahanlarda iştirak etməyə çağırır, hər birimizə uğurlar arzulayırıq!”.
Tehsil-press.az