Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ilk dəfə olaraq onlayn formatda semestr imtahanları keçirilib.
Ümumilikdə 148 qrupda səhər 09:00-da başlayan imtahanda bütün tələbələr üçün eyni şərait yaradılıb. Hər tələbəyə 0-10 balla qiymətləndiriləcək beş suallı bilet təqdim olunub. Onlayn imtahanın keçirilməsi üçün texniki təminat yüksək səviyyədə olduğundan imtahan zamanı hər hansı problem yaranmayıb. Tələbələr imtahanda fəallıq göstəriblər.
Qeyd edilib ki, bu gün ADNSU-da start götürən onlayn yay imtahan sessiyası iyulun 12-də yekunlaşacaq. İmtahanda hər hansı səbəbdən iştirak edə bilməyən, kəsiri olan tələbələr ödənişsiz formada sentyabrın 1-dən 15-dək növbəti dəfə imtahan verə biləcəklər.
Xatırladaq ki, ölkədə koronavirus (COVID-19) epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə martın 3-dən bütün təhsil müəssisələrində, o cümlədən ADNSU-da ənənəvi tədris dayandırılıb, martın 29-dan isə ADNSU-da onlayn təhsilə start verilib. Ona görə də tələbələrin imtahana hazırlığı onlayn formatda təşkil olunub və imtahan öncəsi tələbələrə güzəştlər edilib. Belə ki, imtahana qədər hər tələbəyə 30 bal bonus olaraq yazılması ilə yanaşı, təqdimat və ya sərbəst işlərə görə də 0-20 bal yazılıb. Bundan əlavə, onlayn dərslərdə aktivliyə görə müəllimin tələbəyə 0-10 bal arası əlavə bal vermək imkanı var. Bu da tələbələrin semestr imtahanlarını uğurla başa vurmasına dəstək kimi dəyərləndirilir.
Tehsil-press.az