AMEA-nın müxbir üzvü onlayn konfransda tərəvəzçiliyə dair məruzə edib

AMEA-nın müxbir üzvü onlayn konfransda tərəvəzçiliyə dair məruzə edib Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Müasir tərəvəzçiliyin inkişafında innovasiyaların rolu” mövzusunda keçirilən onlayn elmi konfransda iştirak edib.
Konfransda Ə.Quliyevin “Tərəvəzçilikdə suvarma və qida maddələrindən düzgün istifadə olunması” mövzusunda məruzəsi dinlənilib.
Konfransda, həmçinin torpaqsız becərmə üsulu ilə istixana tərəvəzçiliyinin inkişafı, sağlam qida məhsullarının istehsalı, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının alınması və digər mövzularda müzakirələr aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər