Azərbaycanlı tələbə Rusiyada qətlə yetirildi - Video

Azərbaycanlı tələbə Rusiyada qətlə yetirildi - Video Ötən cümə günü gecə saatlarında Rusiyanın Volqoqrad vilayətinin Voroşilovsk rayonunda tələbə yataqxanalarının birinin yaxınlığında azərbaycanlı tələbə Timur Qavrilov qətlə yetirilib. “Qafqazinfo” bildirir ki, bu barədə “Bloknot Volqoqrada” nəşri xəbər verib.
Qətlə yetirilən şəxs birinci kurs tələbəsi olub. Gənc Azərbaycandan Volqoqrada Tibb Universitetində təhsil almaq üçün gəlibmiş. İstintaq zamanı məlum olub ki, həmin gün oğlan şəhərin Mərkəzi rayonunda dostunun evinə gedib və gecə saatlarında yaşadığı yataqxanaya yollanıb. Raboçe-Krestyansk küçəsində tələbəyə naməlum şəxs hücum edib. O, ona çoxsaylı bıçaq zərbələri endirib, nəticədə 17 yaşlı Timur hadisə yerində həyatını itirib. Qatil həmin ərazidə quraşdırılmış videomüşahidə kameralarına düşüb, hazırda onun şəxsiyyəti müəyyənləşdirilir.

Azərbaycanlı tələbə Rusiyada qətlə yetirildi - Video

Qətli törətməkdə şübhəli bilinən şəxs
Regional İstintaq Komitəsinin Mətbuat Xidmətinin məlumatına görə, artıq cinayət işi qaldırılıb. Onu ən təcrübəli müstəntiqlər araşdırır.
“Novosti Volqoqrada” yazır ki, oğlan nümunəvi davranışı və təvazökar xarakteri ilə fərqlənirdi. Gənc bir il əvvəl tələbə mübadiləsi proqramı üzrə Bakıdan Volqoqrad şəhərinə gəlmiş və Stomatologiya fakültəsində birinci kursu müvəffəqiyyətlə bitirmişdi.
Qeyd edilir ki, Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov Azərbaycan vətəndaşının amansız qətli ilə bağlı cinayət işinin açılmasında kömək edən vətəndaşlara pul mükafatının ayrılmasına dair qərar qəbul edib. Bu məqsədlə 1 milyon rubl ayrılacaq.



Tehsil-press.az

Oxşar xəbərlər