
Londonda Universitet Kollecinin (UCL) tədqiqatçıları müəyyən ediblər ki, doğuşun son mərhələsində edilən qeysəriyyə əməliyyatı gələcək hamiləliklərdə vaxtından əvvəl doğuş riskini artırır.
Araşdırmanın nəticələri "American Journal of Obstetrics & Gynecology" (AJOG) jurnalında dərc olunub.
Tədqiqatda 93 qadın iştirak edib. Onlara fəal doğuş mərhələsində uşaqlıq boynu 4 sm və daha çox açıldıqda qeysəriyyə əməliyyatı olunub. 4-12 ay sonra aparılan transvaginal ultrasəs müayinəsində 90 qadında daxili yara izləri aşkar edilib. Məlum olub ki, uşaqlıq boynu nə qədər çox açılıbsa, yara izi bir o qədər aşağıda uşaqlıq boynuna yaxın əmələ gəlir. Belə aşağı yerləşmiş yara izləri gələcək hamiləliklərdə komplikasiya riskini artırır və daha çətin sağalır.
Tehsil-press.az