Azərbaycanda koronavirus pandemiyasının yayılması və aşkarlanması ilə bağlı son statistika açıqlanıb.
TƏBİB iyunun 25-dək qeydə alınan rəqəmləri açıqlayıb. Statistikaya baxdığımız zaman paytaxt rayonları üzrə bu dəfə də ən çox yoluxma Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, rayonda yoluxma 12.9 faiz təşkil edir.
Pandemiyanın ilk dönəmində xəstə sayına görə paytaxta liderlik edən Yasamal isə sıralamada ikinci yerdədir. 12.6%. Hər iki rayonun göstəricilərində artım müşahidə olunur. Xətaidə isə yoluxma halı azalaraq 11.9% olub. Sabunçu 11.8, Nəsimi 10.7, Suraxanı 9, Nərimanov 8.6, Nizami 8.1, Qaradağ 5.5, Səbail 4.5, Xəzər 4.1, Pirallahıda 0,3 faiz yoluxma qeydə alınıb.
Qeyd edək ki, hazırda ölkə üzrə 7200 aktiv koronavirus xəstəsi var. Onların da 53 faizindən çoxu Bakının payına düşür.
Tehsil-press.az