UFAZ-ın magistratura proqramına qəbul davam edir

UFAZ-ın magistratura proqramına qəbul davam edir Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi magistratura imtahanından 70-dən artıq bal toplayan hər kəs Azərbaycan-Fransız Universitetinin (UFAZ) Strasburq Universiteti (Unistra) tərəfindən təşkil olunan ikinci daxili imtahanında iştirak edə bilər.
Qəbul yalnız daxili imtahan nəticələrinə (DİM nəticələri nəzərə alınmır) əsaslanır. İmtahan ingilis dilindədir.
Bakalavr təhsili ingilis dilində olmayan namizədlərdən (Azərbaycan və Rus bölməsi) UFAZ-a qəbul zamanı minimum 6.5 bal IELTS / 80 bal TOEFL nəticəsi tələb olunur.
UFAZ-a qəbul imtahanı, seçilmiş magistr ixtisaslarını əhatə edən test suallarından ibarətdir.
Magistratura proqramı üçün kimya mühəndisliyi / fiziki kimya, tətbiqi kompüter elmləri (böyük verilənlər bazası və süni zəka), Yer elmləri ixtisasları nəzərdə tutulur. Magistraturaya ümumilikdə 80 yer ayrılıb və hamısı ödənişsizdir. Magistratura proqramları haqqında yenilənmiş məlumatı UFAZ-ın saytından əldə etmək olar.

Tehsil-press.az

Oxşar xəbərlər