Xaricdə doktorantura təhsili üçün 67 namizəd müraciət edib

Xaricdə doktorantura təhsili üçün 67 namizəd müraciət edib Xaricdə doktorantura təhsili üçün 67 namizəd müraciət edib. Onlardan 45-i müsahibə mərhələsinə buraxılıb.
Bunu “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili və ikili diplom proqramlarının təşkili, eyni zamanda, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) magistratura proqramının həyata keçirilməsi ilə bağlı onlayn mətbuat konfransında Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş üzrə sektorunun müdiri Müjdat Həsənov deyib.
O bildirib ki, müsahibə mərhələsinə buraxılan 29 namizəd müsahibədən keçib, onlardan 2 nəfəri şəxsi məsələləri ilə bağlı imtina edib. Habelə 8 namizəd müsahibədən keçməyib, 7 nəfər isə birbaşa qəbul olunub.

Tehsil-press.az

Oxşar xəbərlər