UNEC-də elmi konfrans: Qlobal iqtisadi dəyişikliklər və fürsətlər, fənlərarası inteqrasiya

UNEC-də elmi konfrans: Qlobal iqtisadi dəyişikliklər və fürsətlər, fənlərarası inteqrasiya Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında “Qlobal iqtisadi dəyişikliklər və fürsətlər, fənlərarası inteqrasiya” mövzusunda onlayn respublika elmi-praktiki konfransı keçiriləcək.
Konfrans “İqtisadiyyat və idarəetmə”, “Dünya iqtisadiyyatında yeni çağırışlar”, “Mövcud şərtlər daxilində maliyyə məsələləri”, “Bilik iqtisadiyyatı”, “Fənlərarası inteqrasiya: nəticələr, perspektivlər”, “Ümumi fənlər kontekstində iqtisadiyyat fənlərinin əlaqəsi” bölmələri üzrə təşkil olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər