Minlərlə illik hakimiyyət bitir: 3 ölkə isti müharibənin astanasında

Minlərlə illik hakimiyyət bitir: 3 ölkə isti müharibənin astanasında Şərqi Afrikanın qarşıdakı illərdə vəziyyətini müəyyən edəcək Nil çayı üzərində hakimiyyət mübarizəsinə yol açan Böyük Efiopiya Reformasiya Anbarı Misir, Sudan və Efiopiyanı isti münaqişənin astanasına gətirib.
Misir hərbi və iqtisadi müstəqilliyini qazanmağa çalışan Səhraaltı Afrika ölkələrinin öz haqlarını tələb etməsi və almağa başlaması qarşısında çarəsiz qalıb.
Tarixi mirasla yanaşı, mövcud iqtisadi zənginliyini də Nilə borclu olan Misir çayın hakimiyyətini Efiopiyaya verəcəkmiş kimi görünür.
Nil çayını bəsləyən qollardan Mavi və Ağ Nil hövzəsindəki ölkələrin 2010-cu ildə imzaladığı razılaşmanı tanımayan Misir 1929, 1959-cu illərdə İngiltərə və Sudanla əldə etdiyi müqavilələrdəki kimi çay suları üzərindəki üstünlüklü ölkənin özünün olmasında təkid edir. Misirin ağır təhdidlər yağdıracaq qədər qəzəbli olmasının səbəbi isə anbarın inşa edildiyi Mavi Nil çayının Nil çayı sularının 85%-ni bəsləməsidir. Sadəcə anbarla bağlı müqavilə imzalanarsa və ya heç bir razılaşma olmadan Əddis-Əbəbə hökuməti anbarı su ilə doldurmağa başlayarsa, bu, Misirin Nil üzərindəki bütün hakimiyyəti itirəcəyi anlamına gəlir. Kənd təsərrüfatı və həyatın tamamilə çay ətrafında formalaşdığı Misir belə bir durumda Efiopiyanın çay üzərində növbəti illərdə həyata keçirəcəyi sulama layihələrinə qarşı heç bir şey etməyəcək.
Qarşılıqlı etibarsızlıq səbəbilə 3 ölkənin növbəti illərdə mübarizəni birbaşa münaqişəyə çevirmək ehtimalları böyükdür. Sudanın Efiopiyadan uzaqlaşaraq Misirə yaxın mövqe tutması növbəti illərdəki hadisələrdə böyük effektə malik olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər