AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” elm-kompüter şəbəkəsinin İdarəetmə şurasının onlayn iclası keçirilib.
İclasda çıxış edən AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi qurumun koronavirus pandemiyası dövründəki fəaliyyətindən danışıb. Bildirib ki, həm AMEA, həm də İnformasiya Texnologiyaları İnstitutu pandemiyanın qarşısının alınması məqsədilə dövlət tərəfindən həyata keçirilən bütün təcili və təxirəsalınmaz tədbirləri dəstəkləyir. İnstitut hazırda COVID-19 virusunun geniş yayılması səbəbindən ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, onlayn rejimdə fəaliyyət göstərir.
“Koronavirus pandemiyası institutun elmi fəaliyyətinə mane olmamalıdır”, – deyən akademik R.Əliquliyev xüsusi karantin rejiminin elan oldunduğu gündən etibarən rəhbərlik etdiyi qurumda idarəetmə məsələlərinin onlayn rejimdə uğurla həyata keçirildiyini, internet üzərindən iclasların, elmi seminarların təşkil oldunduğunu deyib. Bildirib ki, hazırda institut əməkdaşları elmi tədqiqatlarını fəaliyyət planlarına uyğun olaraq ev şəraitində davam etdirirlər.
Alim institut əməkdaşlarına həm sağlamlıqlarının qeydinə qalmağı, karantin rejiminin qaydalarına riayət etməyi, həm də elmi fəaliyyətlərini gücləndirməyi tövsiyə edib. Bildirib ki, hər bir əməkdaş dövlətin qarşısında duran vəzifələrin icrasında fəal iştirak etməli, mövcud problemlərin həlli istiqamətində öz səylərini birləşdirməlidir.
Tehsil-press.az