Mikrobiologiya İnstitutunun əməkdaşları insanların koronavirusla bağlı maarifləndirilməsində fəal iştirak edirlər

Mikrobiologiya İnstitutunun əməkdaşları insanların koronavirusla bağlı maarifləndirilməsində fəal iştirak edirlər AMEA-nın Mikrobiologiya İnstitutunun əməkdaşları koronavirus pandemiyası ilə bağlı karantin rejiminin qaydaları çərçivəsində elmi tədqiqatlarını davam etdirirlər. İnstitut alimləri insanların koronavirusla bağlı maarifləndirilməsinə dəstək nümayiş etdirərək mətbuatda, telekanallarda çoxsaylı çıxışlar edir, müsahibələr verirlər. Belə ki, Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradovun AZƏRTAC Dövlət İnformasiya Agentliyinin veb-saytında və “Bakı-Xəbər” qəzetində pandemiya ilə bağlı geniş müsahibəsi dərc edilib. O, həmçinin “Mədəniyyət” telekanalında “Ekoetika” verilişinin qonağı olub, ATV kanalında virusun su ilə yayılmasına dair sualları canlı bağlantı vasitəsilə cavablandırıb.
Bununla yanaşı, institutda magistratura təhsili distant formada və tədris proqramına uyğun olaraq uğurla davam etdirilir. “Mikrob mənşəli BAM” fənni pedaqoji təcrübə olaraq 2-ci kurs magistrantı Nərmin İsayevanın iştirakı ilə tədris edilib.

Tehsil-press.az

Oxşar xəbərlər