Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda bu il “Big Data” və “Data mining”, bulud texnologiyaları, informasiya təhlükəsizliyi, proqram mühəndisliyi, elektron elm, e-tibb, informasiya iqtisadiyyatı, linqvistik informatika, kiberfiziki sistemlər, e-təhsil, elmmetriya, e-demoqrafiya və digər istiqamətlərdə tədqiqatlar aparılıb.
Bu barədə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev hesabat yığıncağında məlumat verib.
Akademik qeyd edib ki, institut əməkdaşları tərəfindən 2018-ci ildə 99 məqalə, 4 kitab və 2 ekspress-informasiya nəşr olunub, beynəlxalq və respublika səviyyəli konfranslarda 114 məruzə ilə iştirak edilib. Cari il üzrə nəşr olunmuş 213 elmi əsərdən 80-i nüfuzlu bazalara (WoS və Scopus və s.) daxil edilib, institut əməkdaşlarının məqaləsinə hesabat ilində 1177, ümumilikdə isə 6554 istinad qeydə alınıb.
Alim institutda nəşr olunan “İnformasiya cəmiyyəti problemləri” və “İnformasiya texnologiyaları problemləri” adlı jurnalların “Copernicus”, “INSPEC” və “Google Scholar” indeksləşmə bazalarına daxil olduğunu deyib.
Rasim Əliquliyev araşdırmalar nəticəsində e-dövlət mühitində terrorizmlə əlaqəli fəaliyyətin aşkarlanması, real “Big Data”da anomaliyaların aşkarlanması, kiberhücumların və təhdidlərin sistemli təhlili üçün yeni modellərin təklif edildiyini diqqətə çatdırıb.
Alim institutun elmi-praktik və innovasiya fəaliyyəti çərçivəsində dövlət orqanları üçün elmi ekspertiza fəaliyyətinin həyata keçirildiyini bildirib. O, həmçinin elektron elmin formalaşması üzrə görülən işlər, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və SOCAR-ın Elm Fondu tərəfindən maliyyələşdirilən layihələr, beynəlxalq qrantlarda iştirak və digər məsələlər barədə ətraflı məlumat verib.
Tehsil-press.az