Bakı Dövlət Universitetinin bu ilin ən yüksək ümumi orta müvəffəqiyyət göstərici nəticəsi olan məzunu ilə görüş

Bakı Dövlət Universitetinin bu ilin ən yüksək ümumi orta müvəffəqiyyət göstərici nəticəsi olan məzunu ilə görüş Bakı Dövlət Universitetindən (BDU) bu il ən yüksək ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) ilə (99,35) məzun olan Teymur Məmmədəliyev (Hüquq fakültəsi) adını xatirə lövhəsinə həkk edib.
Universitetin rektoru Elçin Babayev ən yüksək göstərici ilə məzun olan Teymur Məmmədəliyevlə görüşərək onu “BDU ailəsi”nin bir üzvü kimi ən yüksək nəticə əldə etməsi və məzun adını qazanması münasibətilə təbrik edib. Bu gündən etibarən müstəqil həyatın vacib bir mərhələsinə qədəm qoyduğunu qeyd edən rektor ona yüksəkixtisaslı mütəxəssis, gələcəyimizi quran və qoruyan layiqli vətəndaş kimi baxdığını vurğulayıb. E.Babayev məzuna gələcək fəaliyyətində uğurlar arzulayaraq, Azərbaycana layiqli vətəndaş olaraq ölkəmizi layiqincə təmsil edəcəyinə əminliyini bildirib.
T.Məmmədəliyev universitetdə oxuduğu illərin onun bir fərd olaraq inkişafında əhəmiyyətli rol oynadığını söyləyib, yaradılan təhsil şəraitinə və səmimi kollektiv mühitinə görə BDU rəhbərliyinə və müəllimlərinə təşəkkürünü ifadə edib.
Universitetin ənənəsinə uyğun olaraq bu gündən T.Məmmədəliyevin adı ən yüksək ÜOMG toplayanların cərgəsində olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər