Azərbaycan Mətbuat Şurası hər il 22 iyul Milli Mətbuat Günündə Ali Media Mükafatını təqdim edir. Mükafatın məqsədi jurnalistika sahəsində xidmətləri olan şəxslərin fəaliyyətlərinin qiymətləndirilməsini təmin etməklə onların əməyinin medianın və bütövlükdə cəmiyyətin inkişafı üçün prioritet səciyyə daşıyan istiqamətlərini ictimaiyyətə çatdırmaqdan, jurnalistikanın cəmiyyət həyatındakı rolunun artırılmasını stimullaşdırmaqdan ibarətdir.
Qurumun İdarə Heyəti 2020-ci ildə mükafatın təqdimatında xüsusi meyar seçib. Təqdimatda əsas kimi Azərbaycan həqiqətlərinin ölkəmizdən kənarda təbliği götürülüb. Məhz bu kateqoriyadan olan şəxslərin əməyinin qiymətləndirilməsi, onların fəaliyyətinə dəyər verilməsi qərara alınıb. Bu baxımdan 6 laureat müəyyənləşdirilib. Laureatlar aşağıdakılardır:
1. Aleksandras Brokas, Litvalı rejissor-jurnalist. “Sonsuz dəhliz” sənədli filmində rejissor və prodüser işini həyata keçirib. Xocalı faciəsinə həsr olunmuş bu film dünyanın bir çox nüfuzlu festivallarının qalibi olub.
2.“Moskva-Baku” İnformasiya portalı – təltif olunurlar:
- Saqayev Ruslan Şamsutdinoviç, “Moskva-Baku” informasiya portalının baş redaktoru;
- Usanova Anna Sergeyevna, “Moskva-Baku” informasiya portalının baş redaktor müavini;
- Strokan Sergey Vladlenoviç, “Moskva-Baku” informasiya portalının siyasi şərhçisi.
3. Şuxrat Salamov (Barlas), EDNEWS analitik informasiya portalının Orta Asiya nümayəndəsi
Erməni daşnaqlarının Orta Asiyadan Qarabağa kimi törətdikləri qırğınlar, vandalizm aktlarına dair jurnalist araşdırmalarına, yazılarına görə tanınır. Erməni məsələsi ilə bağlı arxiv materiallarını araşdırıb, «Дашнаки от Ферганы до Карабаха» «Карабахский конфликт. Истоки-Причины-Последствия» kitablarını hazırlayıb;
4. Malik Ayub Sumbal, Çin Qlobal Televiziya Şəbəkəsinin (CGTN) əməkdaşı. Laureat indiyədək Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin çap edilməsində xidmətlərinə görə fəaliyyətdə olduğu ölkələrdə bir sıra mükafatlara layiq görülüb. Müxtəlif illərdə Asiya Xəbər Şəbəkəsi, Gündəlik Ekspres, World Tribune, American Daily Herald, American Daily Herald, Los Angels Post, Deutche Welle, Al Jazeera, Avrasiya Media Şəbəkəsində çalışıb.
Ali Media Mükfatatının laureatlarının təqdimetmə mərasiminin bu ilin payızında təşkili nəzərdə tutulur.
Tehsil-press.az