Litvanın öndə gələn ali təhsil ocaqlarından olan Mykolo Romerio universitetində “Xocalıya ədalət” kampaniyası çərçivəsində Xocalı soyqırımına həsr olunmuş tədbir və “Sonsuz dəhliz” sənədli filminin nümayişi təşkil olunub.
Universitetin ən böyük zalında keçirilən tədbirdə yerli və əcnəbi tələbələr, müəllim-professor heyəti ilə yanaşı, Litva ictimaiyyətinin nümayəndələri, politoloqlar, kütləvi informasiya vasitələrinin təmsilçiləri, qeyri-hökumət təşkilatlarının fəalları, soydaşlarımız iştirak ediblər.
Səfir Tamerlan Qarayev çıxış edərək, tədbir iştirkçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib, 27 il əvvəl Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırım barədə ətraflı bəhs edib. Dünyanın bir çox ölkələrində Xocalı faciəsinin soyqırım kimi tanınmasına baxmayaraq, beynəlxalq aləm tərəfindən hələ də lazımi qiymət verilmədiyini, insanlığa qarşı bənzəri cinayətlərin bir daha təkrarlanmaması və ədalətin bərpa olunması üçün bütün sülhsevər, proqressiv xalqların səssiz qalmamaları çağırışını edib.
Çıxış edən digər tədbir iştirakçıları Xocalıda azərbaycanlılara qarşı baş vermiş vəhşiliyi Srebrennitsa və Xatında törədilən soyqırım cinayətləri ilə eyniləşdirərək, insanlığa qarşı törədilmiş soyqırım hadisəsi kimi qiymətləndiriblər.
Sonra litvalı prodüser Andrius Brokasın həmmüəllifi olduğu “Sonsuz dəhliz” sənədli filminin baş qəhrəmanı litvalı hərbi jurnalist Riçardas Lapaitis 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağda baş vermiş hadisələrdən danışıb, gözləri ilə gördüyü erməni vəhşiliklərindən bəhs edib.
Tədbir iştirakçılarına “Sonsuz dəhliz” filmi nümayiş etdirilib, Səfiriyin dəstəyi ilə nəşr edilmiş litva və ingilis dillərində “İn the margins of the Nagorno-Karabakh conflict: İn search of a solution” məcmuəsi, “XX əsrdə Qafqazda xalqların köçürülməsi” (müəllif professor Algimantas Liekis), “Qara bağın faciəsi” (müəllif Gintaras Visotstkas), “Xalqların talehini dəyişdirən siyasətçilərin qərarları” (müəllif Leonas Yurşa) kitabları və yüzlərlə broşür, buklet paylanılıb.
Vilnüsdən başqa, Litvanın Klaypeda, Kaunas və digər şəhərlərində də “Xocalıya ədalət” kampaniyası çərçivəsində anım tədbirləri keçirilir.
Tehsil-press.az