Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2019-2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başa çatıb.
Turizm və qonaqpərvərlik fakültəsində bakalavr və magistratura səviyyələri üzrə 202 imtahan keçirilib. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar imtahanların 47-si təqdimat formasında, digərləri isə yazılı və onlayn keçirilib. İmtahanlar tələbələrə verilmiş tapşırıqlar əsasında onlar tərəfindən hazırlanmış cavablara uyğun olaraq 100 ballıq sistemlə qiymətləndirilib. Bütövlükdə fakültə üzrə avqust ayında təşkil ediləcək icmal mühazirələrdə və qiymətləndirmədə iştirak üçün 196 tələbə dekanlığa ərizə ilə müraciət edib.
Qeyd edək ki, ATMU-da ixtisasların tədris planlarına uyğun olaraq turizm və qonaqpərvərlik, biznes idarəçiliyi, sosial menecment fakültələrində bakalavr və magistratura səviyyələri üzrə imtahanlar keçirilib.
Tehsil-press.az