Azərbaycan Turizm və Menecment Universitetinin Sosial menecment fakültəsində imtahanlar yekunlaşıb

Azərbaycan Turizm və Menecment Universitetinin Sosial menecment fakültəsində imtahanlar yekunlaşıb Azərbaycan Turizm və Menecment Universitetində 2019-2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başa çatıb.
Sosial menecment fakültəsində I, II və III kurslar üzrə müvafiq olaraq 27, 25, 38 fəndən imtahanlar keçirilib.
Magistratura səviyyəsində isə I kurs üzrə 39 fəndən 52 onlayn imtahan keçirilib. Ümumilikdə 119 imtahan nəticəsi qeydə alınıb.
Xatırladaq ki, universitetdə ixtisasların tədris planlarına uyğun olaraq turizm və qonaqpərvərlik, biznes idarəçiliyi, sosial menecment fakültələrində bakalavr və magistratura səviyyələri üzrə imtahanlar keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər