Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) tədris metodik şuranın iclası keçirilib.
Universitetin tədris işləri üzrə prorektoru, şuranın sədri Hüseyn Həsənov 2018/2019-cu tədris ilinin yay imtahan sessiyasına hazırlığın yekun nəticələri haqqında məlumat verib. O qeyd edib ki, ATMU-da yaz imtahan sessiyasına artıq başlanılıb. Sessiya iyulun 5-də başa çatacaq.
Tədris metodik şöbənin müdiri Simnar Mamedov imtahana nəzarət komissiyasının yaradıldığını, imtahan biletlərinin dekanlıqlara təhvil verildiyini bildirib. Şura üzvlərindən Zaur Bağırov, Novruz Quliyev, Bahadur Bilalov, Vüqar Nəzərov və digər struktur rəhbərləri yay imtahan sessiyasına hazırlığı qənaətbəxş hesab ediblər.
Rektorun müşaviri Elvin Yusifli Dövlət Turizm Agentliyinin təşəbbüsü və maliyyə dəstəyi, BMT İnkişaf Proqramının (UNDP) təşkilatçılığı ilə ali təhsil müəssisəsində “TedQual” və “ISO 9001” sertifikatların əldə edilməsini şərtləndirən təlim-tədris-tədqiqat üzrə fəaliyyətin yenidən qiymətləndirilməsi, hədəf bilinən sertifikatların alınması istiqamətində zəruri yoxlamalara start verildiyini diqqətə çatdırıb.
Elvin Yusifli qeyd edib ki, “TedQual” sertifikatı təlim-təhsil-tədqiqat sahələrini ehtiva edən əhəmiyyətli tanınma sənədidirsə, “ISO 9001” keyfiyyəti idarəetmə standartı kimi əhəmiyyətlidir. Elə bu səbəbdən ATMU hər iki sertifikatdan faydalanıb və beynəlxalq nüfuz dairəsində yer almaq niyyətindədir.
İclasda “Xidmət mühəndisliyi” fakültəsinin dekanı Kənan Allahverdiyevin təqdimatı əsasında mövcud strukturun “Sosial menecment” fakültəsi adlandırılması təklifinin elmi şurada müzakirəyə çıxarılması tövsiyə olunub.

ATMU-nun Mətbuat Xidməti