Tədris ilinin sona çatması buraxılış kursunun tələbələri üçün həm sevincli, həm də kədərli anlar yaşadır. Neçə illər ərzində çəkdikləri əziyyət, yuxusuz gecələr, gərgin imtahan sessiyaları geridə qalır. Sona çatan tələbəlik illərinin acılı-şirinli günləri xatirələrə çevrilir. Amma necə deyərlər, hər son bir başlanğıcın əvvəlidir. Məzunlar da yeni həyata qədəm qoyur, onlar üçün yeni qapılar açılır. İnanırıq ki, Bakı Dövlət Universitetinin (BDU) məzunları bu ali təhsil ocağında gənclik dövrlərinin ən gözəl illərini yaşadılar.
Bakı Dövlət Universiteti məzunlarının təəssüratlarını təqdim edirik.
Kimya fakültəsinin ingilis bölməsindən məzun olan Mətanət Məmmədova bildirib ki, BDU-nun məzunu olmaq qürurverici hissdir. Dörd illik təhsil müddətində ixtisaslarını öyrənməklə yanaşı, ingilis dilinə də akademik səviyyədə yiyələniblər. O, kimya ixtisasına yiyələndiyi üçün məhz müəllimlərinə borclu olduğunu bildirib. M.Məmmədova hər imtahan öncəsi tələbə yoldaşlarının “Biz bunu da bacararıq” deyərək bir-birinə dəstək olmalarını, motivasiya etdiklərini də vurğulayıb. BDU-da yaşadıqlarının çox gözəl olduğunu deyən məzun, bunları heç vaxt unutmayacağını, yaxın gələcəkdə özünün və qrup yoldaşlarının ixtisaslarına uyğun iş tapıb, ailələrinə və Vətənə yararlı olacaqlarına ümid etdiyini də bildirib. M.Məmmədova “Dörd ilinizin unudulmaz, xoş xatirələrlə dolu bir şəkildə keçməyini istəyirsinizsə, sevdiyiniz ixtisası öyrənin” deyərək abituriyentlərə səslənib. Həmçinin onları öz üzərində çalışmağa, yeniliklərdən xəbərdar olmağa çağırıb.
Hüquq fakültəsinin məzunu Nərmin Xəlilzadə təhsil aldığı müddət ərzində müəllimlərinin ona verdikləri biliklərlə yanaşı, oxuduğu fakültəni, çalışacağı peşə sahəsini də sevdirdiklərini deyib. O, dövlət orqanlarında fəaliyyət göstərən professor-müəllimlərlə tanış olmağın, onların məsləhətlərini dinləməyin qürurverici olduğunu bildirib. Qeyd edib ki, Bakı Dövlət Universiteti ona bilik əldə etməklə yanaşı, möhkəm dostluq və unudulmaz xatirələr qazandırıb. Xatirələrindən birinin BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin Korrupsiya və iqtisadi cinayətlər idarəsinin, BDU-nun Hüquq fakültəsinin və Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin birgə təşkilatçılığı ilə Hüquq fakültəsində təşkil olunmuş “Korrupsiyaya qarşı mübarizə” sahəsində tədris seminarında iştirakı olub. Məzun BDU-da təhsil aldığı müddətdə yüzlərlə namizəd arasından seçilərək Çinin Sinxua Universitetinin yay məktəbində iştirak etmək şansı da qazanıb. Universitet daxilində ELSA və Tələbə Həmkarlar Təşkilatının üzvü olub. Yorulmadan öz üzərində işləyən Nərmin Xəlilzadə universitetdə təhsil alması ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Cinayət kollegiyalarında üç ay könüllü xidmət göstərib, fəaliyyətini fərqlənmə ilə başa vurub. O, son aylarda istehsalat təcrübəsində olduğu Ədliyyə Nazirliyinin Akademiyasında, Nərimanov Rayon Məhkəməsi və Nizami Rayon Prokurorluğunda bilik və təcrübəsini daha da zənginləşdirib. Məzun gələcək planlarından danışaraq bildirib ki, məqsədi ADA Universitetinin magistratura pilləsinin dövlət idarəetməsi ixtisasında təhsilini davam etdirməkdir. Başlıca hədəfi isə respublikamızda fəaliyyət göstərən dövlət orqanlarında çalışmaqdır. O, abituriyentlərə ixtisas seçimində ailələrin, böyüklərin məsləhətlərini dinləyib yekun qərarı özlərinin verməsinin vacibliyini vurğulayıb. Bildirib ki, sevdiyi işi görən insanların iş həyatında qazandığı uğurların daha çox olması dəfələrlə təcrübədə sınanıb və sübut olunub. O, abituriyentlərə həm də özlərini xəyallarındakı işin sahibi kimi təsəvvür etməyi tövsiyə edib: “Bu onlara motivasiya verəcək və uğura aparacaq”.
Jurnalistika fakültəsinin məzunu Elbrus İbrahimov BDU-nun ona ilk növbədə dəyərli insanlarla tanışlıq qazandırdığını, universitetə qəbul olunduğu gündən məzun olanadək yeni biliklər öyrəndiyini bildirib. O, II kursda oxuyandan həm də çalışmağa başlayıb - BDU TV onun üçün ilk təcrübə yeri olub. Səs redaktorluğu ilə başlayan təcrübə xəbər aparıcılığına qədər yüksəlib. Daha sonra nitq təlimçisi kimi fəaliyyət göstərib, hazırda isə ARB TV-də çalışır. Universitetə qəbul olanadək insanlarla ünsiyyət qurmaqda çətinlik çəkdiyini deyən Elbrus İbrahimov tələbəlik dövründə bu sahədə müvafiq bacarıqlara yiyələndiyini bildirib. Məzun gələcək planlarından danışarkən əsas məqsədinin ölkə xaricində magistratura təhsili almaq, özünü inkişaf etdirib, şəxsi şirkətini yaratmaq olduğunu söyləyib. Abituriyentlərə tövsiyə olaraq, istəmədikləri ixtisasda oxuyub, həyatlarının dörd ilini boş yerə hədər vermək əvəzinə, özlərini hansı sahədə görmək istəyirlərsə, həmin istiqamətdə təhsil almağı qarşılarına məqsəd qoymağı söyləyib. BDU məzunu olmasının qürurunu yaşayan Elbrus İbrahimov universitetin həyatındakı yerinin əvəzsiz olduğunu vurğulayıb.
Kitabxanaçılıq-informasiya fakültəsindən məzun olan İzzət Mikayılzadə gənc yazıçıdır. 2019-cu ildə onun rəhbərliyi ilə “Müharibədən sözə, sözdən sülhə” adlı layihə reallaşıb. Bu layihəni Tələbə Həmkarlar İttifaqının, dostlarının və müəllimlərinin dəstəyi ilə həyata keçirib. Universitet qəzetində hekayələri, yazıları dərc olunub. İ.Mikayılzadə tələbəlik illərində əldə etdiyi uğurlardan danışarkən, BDU-nun 100 illik yubileyinə həsr olunmuş “Ulu öndər Heydər Əliyev - Bakı Dövlət Universitetinin dünya şöhrətli məzunu” adlı publisistik məqalə müsabiqəsində II yerə layiq görüldüyünü də bildirib. Gələcəklə bağlı planlarının çox olduğunu söyləyən məzun ilk növbədə redaktor kimi işləyib təkmilləşmək istədiyini, hekayələrindən ibarət ilk kitabını nəşr etdirməyi, xarici dillər öyrənməyi arzu etdiyini bildirib. O, abituriyentlərə dil bacarıqlarını inkişaf etdirməyi, oxuduqları ixtisası sevməyi tövsiyə edib. BDU-nun ona ailə kimi dostlar, dost kimi müəllimlər qazandırdığını vurğulayan İzzət Mikayılzadə Bakı Dövlət Universitetindən məzun olmağın sevincinin böyük olduğunu deyib.
Ekologiya və torpaqşünaslıq fakültəsinin məzunu Ramid Afizov qeyd edib ki, BDU sayəsində professor və akademiklərin mühazirələrini dinləmək şansı qazanıb, təzə dostlar, yeni tanışlıqlar əldə edib. Ramidin sosial fəaliyyəti birinci kursdan öz təsirini göstərib. 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında komanda rəhbəri olub, təcrübə qazanıb. İkinci kursda Tələbə Gənclər Təşkilatının Ekologiya və torpaqşünaslıq fakültəsi üzrə sədr müavini, üçüncü kursda isə təşkilatın fakültə sədri kimi fəaliyyət göstərib, sosiallaşma bacarıqlarını inkişaf etdirib. BDU-nun 100 illiyinə həsr olunmuş “Enactus2019” komandasında yeganə fakültə təmsilçisi olub, proqram çərçivəsində “Siqaret çəkmə, ağac ək” devizi altında keçirilmiş fləşmobun ideya rəhbəri, təşkilatçısı olub. Məzun bildirib ki, çempionatda sertifikatla təltif olunmağı ona universitet miqyasında özünü doğrultmağa şərait yaradıb. Doğma universitetindən ayrılarkən R.Afizov həm təəssüf hissi keçirir, həm də flaqman ali təhsil ocağından məzun olmağın sevincini yaşayır.
Tarix fakültəsinin məzunu Lalə Əsgərova hədəflərinə doğru irəlilədiyi yolda BDU-nun misilsiz bir vasitəçi olduğunu deyib. O, universitetin xalqımızın maariflənməsində, milli təfəkkürünün formalaşmasında oynadığı müstəsna roldan danışıb, tələbələrin inkişafı üçün ziyalıların, görkəmli pedaqoqların iştirakı ilə mütəmadi olaraq tədbirlər təşkil edildiyini bildirib. L.Əsgərova 2017-ci ildə Bakı Dövlət Universitetində keçirilmiş “Azərbaycanda türk xalqları tarixinin tədqiq və tədrisi məsələləri” Respublika elmi-praktik konfransında iştirak edib. Bununla yanaşı, “Türk dünyası gənc tədqiqatçılar dərnəyinin araşdırmaları” jurnalında üç məqaləsi dərc olunub. O, abituriyentlərə məhz Bakı Dövlət Universitetini seçməyi tövsiyə edib. Lalə Əsgərova magistratura təhsilini də BDU-da alacaq.
Tehsil-press.az