UNEC-də keçirilən “Məzun Günü” bir çox yeniliklərlə yadda qalıb.
“Baku Kristall Hall”da keçirilən təntənəli mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, məzunlar və valideynlərlə yanaşı, dövlət rəsmiləri, millət vəkilləri, xarici qonaqlar, ictimaiyyət nümayəndələri və UNEC-in fəxri məzunları iştirak edib.
UNEC-in rektoru, professor Ədalət Muradov məzunları təbrik edərək, onlara müstəqil, peşəkar həyata baş vurmağın çətin olduğu qədər, maraqlı və həyəcanlı olduğunu deyib. Məzunları yeni nailiyyətlər, ciddi sınaqların gözlədiyini deyən rektor, onların əməyinin müsbət nəticələr verəcəyinə əminliyini bildirib. Bu əminliyin Ümummili lider Heydər Əliyevin müəyyənləşdirdiyi və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclərin təhsili ilə bağlı dövlət siyasətinə, eləcə də Mehriban xanım Əliyevanın təhsilə diqqət və qayğısına əsaslandığını vurğulayıb. UNEC-in Avropanın aparıcı universitetləri ilə uğurlu ikili diplom proqramları reallaşdırdığını deyən Ə.Muradov, bu ali təhsil müəssisəsinin məzunlarının dünyanın aparıcı universitetlərinin tələbələri ilə rəqabət apara biləcək potensiala malik olduğunu bildirib. Sonda rektor məzunlara dayanmadan çalışmağı, biliklərini yeniləməyi, mənəviyyatı hər şeydən üstün tutmağı və mənəvi lider olmağı tövsiyə edib.
Tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetindən məzun olan Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov barədə videoçarx nümayiş olunub. Videoçarxda V.Hüseynovun orta məktəb şəhadətnaməsi, universitet diplomu, qiymət cədvəli, fotoşəkilləri və ictimai siyasi fəaliyyəti ilə bağlı məlumatlar əks etdirilib.
DMX-nin rəisi Vüsal Hüseynov xatirələrlə zəngin təqdimata görə universitet rəhbərliyinə təşəkkürünü bildirib. UNEC-in Fəxri məzunu kimi uğur hekayəsini bölüşən V.Hüseynov İqtisad Universitetinin onun həyatında önəmli rol oynadığını deyib. Harvard Universitetinə gedən yolda bu ali təhsil müəssisəsinin çox vacib təməl olduğunu diqqətə çatdırıb. V.Hüseynov UNEC məzunlarına verdikləri universitetin onlara verdiyi üstünlüklərdən maksimum yararlanmağı, qərarlarında məsuliyyətli olmağı, bilik və bacarıqlarını daim inkişaf etdirməyi tövsiyə edib.
Çıxışdan sonra UNEC-in Fəxri məzunu Vüsal Hüseynova şəxsi arxivi üçün orta məktəb şəhadətnaməsi hədiyyə olunub.
“Məzun Günü”ndə UNEC-in ikili diplom proqramlarının məzunlarına Avropa diplomları təqdim edilib. Fransanın Monpelye Universitetini bitirən 13 bakalavr və İsveçrənin UBİS universitetini bitirən 4 magistrə həmin universitetlərin diplomları verilib.
Hər il olduğu kimi, bu il də ən yüksək bal (99.0125) topladığına görə adı UNEC-in Fəxri daşına həkk edilən Beynəlxalq İqtisadiyyat Məktəbinin məzunu Pakizə Vəlizadə çıxış edib. UNEC-in məzunu olması ilə qürur duyduğunu ifadə edən P.Vəlizadə təhsil aldığı Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələrinin artıq 5-ci ildir ki, adlarını universitetin tarixinə uğurlu tələbə kimi yazdırdıqlarıını diqqətə çatdırıb.
P.Vəlizadə ənənəyə uyğun olaraq UNEC-in bayrağını III kurs üzrə ən yüksək nəticə göstərən Ekspertiza və standartlaşdırma fakültəsinin tələbəsinə təhvil verərək, 4122 məzun adından təntənəli and içib.
Sonra ənənəvi “papaqatma” mərasimi keçirilib.
Tədbirdə populyar bəstəkar müğənni, əməkdar artist Miri Yusif və Murad Arif tələbələri məzun olmaları münasibətilə təbrik edərək, özünəməxsus ifaları ilə onlara unudulmaz anlar yaşadıblar. Populyar DJ Chına isə dinamik mahnıları ilə “Məzun Günü”nündə gəncləri əyləndirib.
Qeyd: 2018/19-ci tədris ilində UNEC-dən 4122 gənc məzun olub. Onlardan 3102-i bakalavr, 1020-si isə magistrdir.
UNEC-in Mətbuat Xidməti