İnzibati rəhbər vəzifələr üçün elan olunmuş müsabiqə üzrə müsahibəyə ərizə qəbulu bu gün yekunlaşır

İnzibati rəhbər vəzifələr üçün elan olunmuş müsabiqə üzrə müsahibəyə ərizə qəbulu bu gün yekunlaşır Ümumilikdə 6 dövlət orqanında 89 vakant vəzifənin (A növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 13-də elan olunmuş müsabiqə üzrə müsahibəyə ərizə qəbulu bu gün başa çatır.
Fevralın 11-i saat 12:35-ə olan göstəricilərə görə, müsahibədə iştirak etmək üçün 9 nəfər ərizə verib. Ən çox müraciət Mədəniyyət Nazirliyində (6 nəfər) qeydə alınıb. Müsabiqəyə ən çox vakant vəzifə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təqdim olunub (79 nəfər).

Tehsil-press.az

Oxşar xəbərlər