Bakının bir sıra ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına qəbul ərazi prinsipi əsasında aparılır

Bakının bir sıra ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına qəbul ərazi prinsipi əsasında aparılır Yalnız Bakı şəhərinin bir sıra ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına qəbul ərazi prinsipi əsasında aparılır.
Digər rayon və şəhərlərdə ərazi prinsipi tətbiq olunmur. Yerli şagirdlərin qəbuluna icazə verilməyən məcburi köçkün məktəblərindəki məktəbəhazırlıq qruplarına yalnız məcburi köçkün ailələrindən olan uşaqlar qəbul edilir.
Bakıda ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə, həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər. Həmin valideynlərə müvəqqəti və ya qeydiyyatsız yaşadıqları ərazidə yerləşən məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri seçmələri tövsiyə olunur. Kirayədə yaşayan valideynlər ərazi prinsipi tətbiq olunmayan bütün məktəblərdə övladlarını məktəbəhazırlığa elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər.

Tehsil-press.az



Oxşar xəbərlər