İnformasiya Texnologiyaları İnstitutu: elmi əsərlərin statistikası təqdim olunub

İnformasiya Texnologiyaları İnstitutu: elmi əsərlərin statistikası təqdim olunub AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının onlayn iclasında bu müəssisənin əməkdaşlarının 2020-ci ilin birinci yarısında nəşr olunan elmi əsərlərinin statistikası təqdim edilib.
İnstitutun elmi katibi Mədinə Səidova bu müddətdə əməkdaşlar tərəfindən 132 elmi əsər üzərində iş aparıldığını diqqətə çatdırıb. O qeyd edib ki, nəşr olunan 71 məqalədən 12-si “Web of Science”, 3-ü isə “Scopus” elmi bazasına daxil edilib.
Elmi katib nüfuzlu jurnallara qəbul olunmuş və rəydə olan məqalələr, eləcə də konfrans materialları haqqında məlumat verib. Həmçinin “Web of Science” və “Scopus”da dərc olunmuş məqalələrin şöbələr üzrə statistikasını iclas iştirakçılarının diqqətinə çatdırıb.
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbələrin fəaliyyəti ilə bağlı irad və təkliflərini səsləndirib. O, institut əməkdaşlarına multidissiplinar elmi tədqiqatlar aparmağı, beynəlxalq əlaqələri gücləndirməyi tövsiyə edib.

Tehsil-press.az

Oxşar xəbərlər