Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ölkənin müxtəlif regionlarından olan 30-a yaxın ümumtəhsil müəssisəsinin direktorlarının iştirakı ilə videokonfrans keçirib.
Görüşdə Məhəbbət Vəliyeva koronavirus pandemiyası dövründə 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı görülən işlərdən danışıb. Müxtəlif təkliflər, o cümlədən Təhsil İnstitutu tərəfindən verilmiş ssenarilər və onların icra mexanizmi haqqında iştirakçılara məlumat verilib. Görüş zamanı çıxış edən direktorlar 2020-2021-ci tədris ili ilə bağlı öz təkliflərini bildirib, onlarda yaranan sualları səsləndiriblər.
Qeyd edək ki, görüşün nəticələri təlimatların və metodik göstərişlərin hazırlanmasında nəzərə alınacaq.
Tehsil-press.az