2021-ci ildə AMEA İnformasiya Texnologiyaları İnstitutunun yaranmasının 50, institutun nəzdində fəaliyyət göstərən “AzScienceNet” şəbəkəsinin isə 40 ili tamam olacaq.
İnformasiya Texnologiyaları İnstitutunun əsasını 1971-ci ildə AMEA Kibernetika İnstitutunun nəzdində yaradılmış Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsi (AİS şöbəsi) təşkil edir. AİS şöbəsi 1982-ci ildən sərbəst hüquqi şəxs kimi fəaliyyət göstərib. Şöbənin əsasında 1997-ci ildə İnformasiya-Telekommunikasiya Elmi Mərkəzi (İTEM) yaradılıb. İTEM-nin əsasında 2002-ci il mayın 21-də İnformasiya Texnologiyaları İnstitutu təşkil olunub.
Yubiley çərçivəsində, həmçinin institutun əsas tədqiqat istiqamətlərinə uyğun, elmi əsərlərin biblioqrafik göstəriciləri və xülasələrindən ibarət broşürlər və bukletlər nəşr olunacaq.
Respublika Hesablama Mərkəzini birləşdirən verilənlərin ötürmə şəbəkəsi (Akademset) ötən əsrin 80-ci illərində yaradılıb. Qırx ilə yaxındır ki, fəaliyyət göstərən “AzScienceNet” bu gün AMEA-nın institut və təşkilatlarını elmi-tədqiqat, elmi-praktiki və tədris məsələlərinin həyata keçirilməsi zəruri olan müasir şəbəkə xidmətləri ilə təmin edir. Bu şəbəkə Azərbaycan elmi-tədqiqat və təhsil mühitinin Avropaya inteqrasiyasında mühüm rol oynayır.
Tehsil-press.az