ADA Universiteti ilə Cənubi Koreyanın "Chung Ang", İtaliyanın Verona və Türkiyənin İstanbul Aydın Universitetləri arasında onlayn rejimdə anlaşma memorandumları imzalanıb.
Beş il müddətini əhatə edəcək memorandumlara əsasən, tərəflər tələbə və professor-müəllim heyətinin təhsil və tədqiqat üzrə mübadiləsini, birgə araşdırmaların aparılmasını, akademik proqramların və tədbirlərin təşkilini həyata keçirəcəklər. Bundan əlavə, ADA Universiteti Verona Universiteti ilə Avropa İttifaqının təqdim etdiyi “Erasmus+” layihəsi üzrə də əməkdaşlığa dair danışıqlar aparır.
“Xarici universitetlərlə əldə etdiyimiz razılaşmalar ADA-nın tələbə və müəllim heyətinin bilik və bacarıqlarını inkişaf etdirir, onların dünya təcrübəsini öyrənməsinə fayda verir. Bu baxımdan, tərəfdaş universitetlərimizin sayının artması tələbə və əməkdaşlarımızın inkişafına xidmət edir”, - deyən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə növbəti aylar ərzində İtaliyanın Trento və Berqamo, Macarıstanın “Eotvos Lorand”, Türkiyənin Bahçeşehir və Cənubi Koreya Milli universitetləri ilə də onlayn formatda anlaşma memorandumlarının imzalanacağını bildirib.
ABŞ, Kanada, Böyük Britaniya, İsveçrə, Fransa, Çin, Yaponiya və digər ölkələrin universitetləri ilə təhsil sahəsində əməkdaşlığı davam etdirən ADA Universiteti indiyədək 107 xarici təhsil müəssisəsi ilə anlaşma memorandumları imzalayıb.
Tehsil-press.az