“Zoom” şirkətinin yaradıcısının sərvəti bir neçə saat ərzində 4,2 milyard dollar artdı

“Zoom” şirkətinin yaradıcısının sərvəti bir neçə saat ərzində 4,2 milyard dollar artdı ABŞ-ın “Zoom Video Communications” şirkətinin yaradıcısı Erik Yuanın sərvəti bir neçə saat ərzində 4,2 milyard dollar artıb. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumatda ABŞ-ın elektron hərraclarında “Zoom Video Communications” şirkətinin aksiyalarının bir neçə saat ərzində təqribən 26 faiz artdığı bildirilir. Qeyd olunur ki, bu tendensiya saxlanılarsa, Erik Yuanın sərvəti çərşənbə axşamı 20 milyard dolları keçəcək.
Şirkətin aksiyalarının qiyməti pozitiv korporativ hesabatdan sonra bahalaşıb. Erik Yuan “Zoom Video Communications” şirkətinin prezidenti, direktorlar şurasının sədri və icraçı direktorudur.
“Zoom”un populyarlığı yeni növ koronavirus pandemiyası dövründə insanların məsafədən işləməyə keçməsi nəticəsində artıb. Lakin şirkətin əməkdaşları istifadəçilərin məlumatlarının qorunmasını təmin etmək üçün lazımi tədbir görmədikləri səbəbindən dəfələrlə tənqid edilib.

Tehsil-press.az

Oxşar xəbərlər