Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) 2020/2021-ci tədris ili üzrə bakalavr proqramına sənəd qəbulu və imtahan tarixi Dövlət İmtahan Mərkəzinin (DİM) imtahan nəticələrinin elan olunmasına müvafiq şəkildə dəyişdirilib.
Universitetin daxili imtahanına qeydiyyat sentyabrın 8-dək onlayn platforma üzərindən aparılacaq. İmtahan sentyabrın 11-də saat 10:00-da UFAZ-ın əsas binasında ənənəvi qaydada keçiriləcək. İmtahan nəticələri sentyabrın 15-də elan olunacaq. Apelyasiya şikayətlərinə isə sentyabrın 16-da baxılacaq. İmtahan koronavirus (COVID-19) pandemiyası dövründə xəstəliyin yayılmasının qarşısının alınması məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş bütün zəruri göstərişlərin nəzərə alınması, eləcə də imtahanın keçirilməsi üçün nəzərdə tutulan bütün otaqlarda maksimum 10-12 nəfərin yerləşdirilməsi, sosial məsafə və gigiyena qaydalarının gözlənilməsi şərti ilə baş tutacaq. Tarixlərlə bağlı ətraflı məlumat UFAZ-ın səhifəsində qeyd olunub.
UFAZ-a sənəd qəbulu bu ixtisaslar üzrə nəzərdə tutulur - kimya mühəndisliyi (40 yer), geofizika mühəndisliyi (40 yer), kompüter elmləri (40 yer), neft və qaz mühəndisliyi (40 yer). Qəbul planı dövlət sifarişi əsasında 120 yer, ödənişli əsaslarla 40 yerdir. Qeydiyyat platformasına daxil olaraq müvafiq formanı doldurmaq tələb olunur. “Qəbul prosesi bələdçisi”ndə qeydiyyat təlimatları haqqında ətraflı təlimat verilib.
UFAZ-a müraciət etmək üçün buraxılış imtahanı və DİM imtahan ballarının toplam nəticəsi 700 baldan ən azı 500 bal olmalıdır. İlkin qeydiyyat zamanı iştirakçılar DİM imtahanında topladıqları bal hissəsində təqribi ballarını qeyd etməlidirlər. DİM nəticələri açıqlandıqdan sonra isə həqiqi ballarını qeydiyyat bağlanana qədər daxil edə bilərlər. Qeydiyyat bütün məlumatlar daxil edildikdən və onlayn ərizə formasını tamamlamaq üçün şərtləri təsdiqlədikdən sonra başa çatır.
Daxili imtahan Azərbaycan və rus bölmələrinin məzunları üçün müvafiq olaraq Azərbaycan və rus dillərində aparılır. Daxili imtahan test suallarından ibarətdir və bu mövzuları əhatə edir: fizika (10 sual) 20 bal, kimya (10 sual) 20 bal, riyaziyyat (10 sual) 20 bal, ümumi elmi biliklər (10 sual) 20 bal, ingilis dili (çalışma + esse) 20 bal. İmtahan sual nümunələri ilə UFAZ-ın saytında tanış olmaq olar.
UFAZ daxili imtahanında uğurlu nəticə əldə etməyən abituriyentlər DİM kodlaşdırmasında iştirak edərək digər universitetlərə və ixtisaslara müraciət edə bilərlər. Bu hal UFAZ-a qəbul olan, lakin qeydiyyatdan keçməkdən imtina edən abituriyentlərə də aiddir.
Maraqlananlar ətraflı məlumatı https://www.ufaz.az/az/about-us/faq/ saytı, (+ 994 12) 599 00 94 əlaqə nömrəsi, [email protected] poçt adresi, “Facebook”, “Instagram” sosial media hesablarından əldə edə bilərlər.
Tehsil-press.az