İyulun 25-də UFAZ-a qəbul imtahanı keçiriləcək

İyulun 25-də UFAZ-a qəbul imtahanı keçiriləcək İyulun 25-də Azərbaycan-Fransız Universitetinə (UFAZ) qəbul imtahanı keçiriləcək.
Bunu UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əsgərov deyib.
Onun sözlərinə görə, imtahanın nəticələri iyulun 27-də saat 12:00-da açıqlanacaq.
UFAZ-a qəbul imtahanında Dövlət İmtahan Mərkəzinin I ixtisas qrupu üzrə təşkil etdiyi imtahanlarda 500 və daha çox bal toplamış abituriyentlər iştirak etmək hüququna malikdir.
UFAZ-da hər bir ixtisas üzrə 30 dövlət sifarişli və 10 ödənişli əsaslarla, ümumilikdə 160 tələbənin qəbulu nəzərdə tutulur.

Tehsil-press.az


Oxşar xəbərlər