İsrailin Baş Naziri Benyamin Netanyahu, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər naziri Abdulla bin Zayd əl-Nahayyan, Bəhreynin XİN rəhbəri Əbdül Lətif əz-Zəyani ABŞ Prezidenti Donald Trampın iştirakı ilə İsraillə əlaqələri normallaşdırmaqla əlaqədar barışıq sazişi imzalayıblar.
Ağ Evdə imzalanmış sazişə əsasən, İsrail İordan çayının qərb sahilində məskunlaşma ərazilərinə suverenliyin genişləndirilməsini dayandıracaq. Ölkələrin birgə bəyanatına əsasən, bu addım Yaxın Şərqdə sülhə doğru irəliləməyə imkan verəcək.
Daha əvvəl Tramp bildirmişdi ki, daha 5-6 ölkə İsraillə əlaqələrin normallaşdırılması sazişini imzalaya bilər. Amerikalı lider konkret adlar çəkməsə də, “The Jerusalem Post”un xəbərinə görə, onlar arasında Oman və Səudiyyə Ərəbistanı da var. Ekspertlərin fikrincə, bu proses Yaxın Şərqdəki qonşularının əksəriyyəti üçün təhlükə kimi qiymətləndirilən İranın güclənməsi ilə əlaqəlidir.
Tehsil-press.az