Ölkəmizdə məktəb infrastrukturunun yenilənməsi, yeni məktəb binalarının tikilməsi, təhsil müəssisələrinin ən müasir avadanlıqlarla təmin olunması istiqamətində mühüm işlər həyata keçirilir. Dünyada COVID-19 pandemiyasının tüğyan etdiyi, ölkələrin iqtisadiyyatının iflic olduğu bir vaxtda heç bir ölkədə bu sahənin inkişafı ilə bağlı layihələr reallaşmır. Sosial sahələrə, xüsusilə təhsillə bağlı işlərə böyük önəm verilmir. Çətinliklərə baxmayaraq ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən dövlət proqramları və layihələr uğurla davam etdirilir. Prezident İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciətində qeyd etdi ki, “Azərbaycan pandemiyanın ilk günlərindən çox operativ, çevik addımlar ataraq xalqımızı böyük bəladan qurtara bilmişdir. Bildiyiniz kimi, mart ayının əvvəlindən məktəblər, ali məktəblər, bütün təhsil müəssisələri bağlandı və bunun əsas məqsədi uşaqları, yeniyetmələri xəstəlikdən qorumaq idi. Təbii ki, bu, təhsil sahəsinə mənfi təsir göstərmişdir. Ancaq hesab edirəm ki, biz görülmüş tədbirlər nəticəsində pandemiyanın təhsilə olan mənfi fəsadlarının böyük hissəsini aradan qaldıra bildik. Əminəm ki, yeni şəraitdə başlanan dərs ili uğurlu olacaq, bizim şagirdlərimiz, tələbələrimiz yaxşı biliklər alacaqlar, müəllimlər də öz vəzifə borcunu şərəflə yerinə yetirəcəklər. Biz pandemiyanın fəsadlarına, iqtisadi tənəzzülə, neft gəlirlərimizin azalmasına baxmayaraq, məktəb tikintisini, ali məktəblərin tikintisini davam etdirdik, eyni zamanda, bir dənə də sosial layihə ixtisar edilməmişdir. Bildiyiniz kimi, biz keçən il və bu il vətəndaşlara böyük sosial paket təqdim etdik. Bu il 5 milyona yaxın Azərbaycan vətəndaşı dövlət tərəfindən dəstəkləndi və bu dəstək bu gün də davam etdirilir”.
Bunu Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov söyləyib. O bildirib ki, ölkə rəhbərinin həyata keçirdiyi siyasətin təməlində təhsilli Azərbaycan vətəndaşı, onun savadlı, bilikli olması dayanır. Bu gün təhsilin, insan kapitalının inkişaf etdirilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir. Ölkəmizdə təhsil sahəsinin inkişafında, təhsil infrastrukturunun təkmilləşdirilməsi və müasirləşdirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun həyata keçirdiyi işləri xüsusi qeyd etmək olar. Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın ən ucqar kəndlərində məktəblərin təmir-tikinti işləri davam etdirilir, təhsil ocaqları müasir avadanlıqlarla təchiz olunur. Bu sahəyə diqqət və qayğı təkcə orta, ümumi təhsillə kifayətlənmir. Peşə təhsilinin inkişafı istiqamətində Azərbaycanda xüsusi qurum – Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb və bu sahənin təkmilləşdirilməsi ilə bağlı ciddi işlər görülür. Ali təhsil sisteminin yenilənməsi, müasir ali məktəb korpuslarının istifadəyə verilməsi, universitetlərdə müasir kitabxana sisteminin qurulması, ali məktəblərin rəqabətədavamlılığının artırılması, yeni peşəkar kadrlarla təmin olunması istiqamətində görülən işlər onu göstərir ki, sosial strateji sahə olaraq təhsilə çox böyük önəm verilir.
“Ölkə Prezidentinin təhsil siyasətinin təməlində Azərbaycan vətəndaşını dünya əmək bazarına uyğun hazırlamaq dayanır. Dövlət başçısının bu fəaliyyəti Azərbaycanın gələcəyinə, inkişafına, müstəqilliyimizin daha da güclü və əbədi olmasına hədəflənmiş siyasətdir. Prezident İlham Əliyev hər zaman qeyd edir ki, məqsədimiz Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevirməkdir. Qeyd edək ki, bu gün Azərbaycanda dövlət büdcəsində ikinci yeri təhsilə ayrılan vəsait tutur. Dövlət büdcəsindən təhsilə ayrılan vəsaitin hər il artırılması davam edir. Məqsəd güclü, savadlı, intellektli vətəndaş yetişdirmək və Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasında görməkdir. Çünki inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər saldıqda görürük ki, onların uğurlu gələcəyini təbii resurslar deyil, insan kapitalı, elm, təhsil və bilik təmin edib. Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar onu deməyə əsas verir ki, dövlətimiz bu istiqamətdə çox məqsədyönlü və uğurlu siyasət qurub. Hər bir ölkənin uğurlu gələcəyini təmin edəcək elm və təhsilə yüksək səviyyədə önəm verir. Xalq ilə ölkə başçısının, dövlətin vəhdəti əməli işlərlə öz təsdiqini tapır. Bu sahədə aparılan uğurlu siyasət xalqımız, təhsil ictimaiyyəti və ziyalılar tərəfindən çox yüksək səviyyədə dəstəklənir”, - deyə İlqar Orucov qeyd edib.
Tehsil-press.az