Pirallahı rayonu məktəblərində “Bilik günü” qeyd olunub

Pirallahı rayonu məktəblərində “Bilik günü” qeyd olunub Pirallahı rayonunun orta təhsil müəssisələrində “Bilik günü” münasibətilə tədbirlər keçirilib.
Tədbirlərdə çıxış edən məktəb direktorları dövlətimiz tərəfindən təhsilin inkişafına göstərilən diqqət və qayğıdan söz açıblar. Bildirilib ki, ölkəmizdə təhsilin inkişafı sahəsində uğurlu layihələr, bir sıra dövlət proqramları həyata keçirilir, müasir tələblər səviyyəsində və yüksək standartlara cavab verən yeni-yeni təhsil müəssisələri tikilir və təmir olunur. Uşaqlar, gənc nəsil dövlət tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunub.
Çıxış edənlər təhsilin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri olduğunu qeyd ediblər.
Pirallahı Rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları “Bilik günü” münasibətilə şagirdləri təbrik edib, onlara təhsildə uğurlar arzulayıblar. Bildirilib ki, yeni tədris ilində də məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdiriləcək. Rayon ərazisində geniş quruculuq və abadlıq işləri aparılır, eyni zamanda, təhsil sahəsinin inkişaf etdirilməsinə xüsusi diqqət və qayğı göstərilir. Buradakı bütün ümumtəhsil məktəblərinin müasir inventar və avadanlıqlarla təmin olunması istiqamətində zəruri işlər görülür. Hazırda Pirallahıda 6 ümumtəhsil müəssisəsi və bu il istifadəyə verilmiş Laçın rayon 220 yerlik Bozlu kənd orta məktəbi fəaliyyət göstərir. 2018-2019-cu tədris ilində Pirallahı rayon məktəblərini ümumilikdə 169 nəfər bitirib və onlardan 115-i tələbə adını qazanıb.
“Bilik günü” tədbirlərində şagirdlərin ifasında şeir və mahnılar səsləndirilib.

Tehsil-press.az

Oxşar xəbərlər