ADA Universiteti Qarabağ uğrunda mübarizə və həmrəylik tariximizi yazanların hekayələrini sənədləşdirmək üçün “ADA Tarix Yazır” layihəsini irəli sürüb. Noyabrın 5-dən etibarən layihənin bloqu istifadəyə verilib.
Layihə ötən ay başlasa da, ilk nəticələrini göstərməkdədir. Belə ki, indiyədək ADA Universiteti və ADA Məktəbinin müəllimləri, tələbə və məzunları ilə yanaşı, ölkəmizdə və ölkəmizdən kənardakı təhsil ocaqlarını təmsil edən yerli və xarici iştirakçılar tərəfindən də şeir, mahnı və digər formatlarda hekayələr göndərilib. Göndərilən ilk hekayələr artıq bloqda yayımlanıb. Lakin təqdim edilən növbəti hekayələr də bloqda mütəmadi olaraq paylaşılacaq.
Bloqun səmərəli istifadəçi paneli vasitəsilə layihədə iştirak qaydaları, hekayələrin yazılması ilə bağlı təlimatlar, elanlar, təqdimat nümunələri, Azərbaycan və ingilis dilində faydalı məlumatlar əldə etmək mümkündür.
“Xəbərlər və Tədbirlər” bölməsində layihə barədə xəbərlər, yeniliklər və növbəti vebinarlarla bağlı məlumatlar mövcuddur.
Bloqa iştirakçıların yazı bacarıqlarını təkmilləşdirmək üçün yerli və xarici mütəxəssislər tərəfindən keçirilən onlayn seminarların videogörüntüləri də yüklənib. Bu görüntülərdə hekayəsini müxtəlif formatlarda təqdim etmək istəyənlər üçün praktiki məsləhətlər əksini tapıb.
Bloq vasitəsilə iştirakçılarla asan ünsiyyət qurmaq üçün xüsusi bölmə də hazırlanıb ki, bu bölmədə istifadəçilər öz suallarını birbaşa ünvanlaya, təəssüratlarını bölüşə biləcəklər.
Bloq öz hekayələrini bölüşmək istəyən hər kəsin istifadəsindədir. Onun “Submit” (https://www.adawriteshistory.com/submit) bölməsi vasitəsilə hekayələrinizi asanlıqla bizə təqdim edə və ya [email protected] ünvanına göndərə bilərsiniz.
Keçid vasitəsilə bloqa daxil olmaq mümkündür: www.adawriteshistory.com
Layihə barədə ətraflı məlumatı https://bit.ly/37ognAK linkindən öyrənmək olar.
Tehsil-press.az