Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Oxu və əylən!” müsabiqəsi mövcud tibbi-profilaktik vəziyyət nəzərə alınaraq, onlayn şəkildə davam etdirilir.
"Oxu və əylən!” müsabiqəsində iştirak etmək istəyən qurumun tabeliyindəki ibtidai sinif şagirdləri uşaq ədəbiyyatını əhatə edən 3 kateqoriyadan – təmsillər, hekayələr və nağıllardan birini seçməlidirlər. İştirakçılar obrazlı şəkildə təqdim etdikləri nümunələri yalnız ev şəraitində telefon və ya evdə olan digər vasitələrlə səs yazısı kimi qeydə alaraq, mayın 2-dək [email protected] elektron poçt ünvanına və ya (+994 55) 750-15-63 “WhatsApp” nömrəsinə göndərə bilərlər. İştirakçılar səsləndirdiyi uşaq ədəbiyyatı nümunəsinin səs yazısı ilə yanaşı, adı, soyadı, atasının adı, məktəb, sinif və səsləndirdiyi uşaq ədəbiyyatı nümunəsinin adı haqqında məlumatları da müvafiq elektron poçt ünvanına və ya “Whatsapp” nömrəyə göndərməlidirlər.
Səsləndirilən uşaq ədəbiyyatı nümunələri 15 dəqiqədən artıq olmamalıdır. Qeyd olunan müddətdən çox olan səs yazıları müsabiqədə iştirak üçün məqbul hesab edilməyəcək. Müddət nəzərə alınmaqla və məzmunu qorumaq şərtilə səsləndirilən əsərin mətnində müvafiq ixtisarlar aparmaq mümkündür. Əsərin səsləndirilməsi düzgünlük, sürət, şüurluluq, ifadəlilik kimi tələblərə cavab verməlidir.
“Oxu və əylən!” müsabiqəsinin final mərhələsinin yekununda 3 məktəb I, 3 məktəb II, 3 məktəb III, 3 məktəb həvəsləndirici yer olmaqla, ümumilikdə 12 ümumtəhsil məktəbi BŞTİ tərəfindən mükafatlandırılacaq.
Tehsil-press.az