Polimer Materialları İnstitutunun alimi Sumqayıt Dövlət Texniki Kollecində təlim keçib

Polimer Materialları İnstitutunun  alimi Sumqayıt Dövlət Texniki  Kollecində təlim keçib 12 may 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun Patent Tədqiqatları və İnnovasiya şöbəsinin müdiri kimya üzrə fəlsəfə doktoru, dosent Gülnarə Qasımova tərəfindən Sumqayıt Dövlət Texniki Kollecində tələbələr üçün “Əqli mülkiyyət nədir?” mövzusunda təlim keçirilib.

Təlimdə əqli mülkiyyətin əsas anlayışları, qorunması və tətbiq sahələri haqqında geniş məlumat verilib. Tələbələrin böyük marağına səbəb olan tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

Sonda təlimçi Gülnarə Qasımova tərəfindən tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər