BDU-da çöl-tədris təcrübələri başlayıb
Bakı Dövlət Universitetinin (BDU) bakalavriat səviyyəsi üzrə Coğrafiya, Ekologiya və torpaqşünaslıq, Biologiya fakültələrinin müvafiq ixtisaslarının buraxılış kurs tələbələri tədris planına uyğun olaraq mayın 14-dən Quba, Şamaxı, Qəbələ, Lənkəran rayonlarında çöl-tədris təcrübəsi keçəcəklər. Tələbələr həmin ərazilərin fiziki-coğrafi, iqtisadi-coğrafi, hidrometeoroloji, turizm-rekreasiya göstəriciləri, təsərrüfat sahələri ilə tanış olacaq, əhalisi, landşaftı, su hövzələri, torpaq-bitki örtüyü haqqında məlumatlandırılacaqlar.
Tarix fakültəsinin bakalavriat səviyyəsi buraxılış kurs tələbələrinin isə mayın 27-dən Qəbələ Arxeoloji Mərkəzi, Qobustan Milli Tarixi-Bədii Qoruğu, Quba Soyqırım Memorial Kompleksi, Şamaxı Şəhər Tarix-Diyarşünaslıq Muzeyində tədris təcrübəsi keçmələri nəzərdə tutulub.
Tehsil-press.az
- Baxış: 126
Xəbərin tarixi: 14.05.2025 / 16:07
-
Oxşar xəbərlər