Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli və Cəbrayıla səfər edib.
Cəbrayılın mərkəzinə baş çəkən dövlət başçısı bildirib ki, şəhərdə bir dənə də olsun salamat bina qalmayıb.
"Yalnız özləri üçün hərbi hissə tikiblər. Bütün qalan infrastruktur, məktəb, evlər, ictimai binalar hamısı sökülüb. Bütün bunlara görə beynəlxalq məhkəmələrdə cavab verəcəklər. Beynəlxalq qurumlar, ekspertlər gələcək, 30 il ərzində bizə vurulmuş bütün ziyan hesablanacaq, ondan sonra təzminat davası açacağıq. Bu günlərdə Kəlbəcəri dağıdan, meşələri qıran, məktəbləri, binaları yandıran düşmən onun da cavabını verəcək. Onlar hesab edirdilər ki, bu dağıntılardan sonra, Azərbaycan əhalisi heç vaxt bura qayıtmayacaq. Bu məqsədlə buranı dağıdıblar, amma səhv ediblər. Biz qayıtmışıq, öz doğma torpağımız Cəbrayıl şəhərində durmuşuq. Hamısını bərpa edəcəyik", - deyə dövlət başçısı bildirib.
Tehsil-press.az