“Min illərdir xurcunumu doldura bilmirəm ki...” - Prezidentlə maraqlı dialoq

“Min illərdir xurcunumu doldura bilmirəm ki...” - Prezidentlə maraqlı dialoq Xəbər verdiyimiz kimi bu gün prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər. Dövlət başçısı və birinci xanım sakinlərlə söhbət ediblər.
Daha sonra prezident və xanımı İçərişəhərə gələrək burada “Bahar qalası” festivalı ilə tanış olublar.
Prezident İlham Əliyev: Bayramınız mübarək olsun.
Bahar qız dövlət başçısına bayram xonçası təqdim edib.
Novruz bayramının əsas personajları olan Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik ediblər.
Kosa: Cənab Prezident, Mehriban xanım xoş gəlmisiniz. Cənab Prezidentin təkcə bu il qurub-yaratdıqlarını danışsan gələn Novruza qədər bitməz. Bax, indi təkcə birini deyəcəm. Cənab Prezident, min illərdir mən xurcunumu, xonçalarımı doldura bilmirəm ki, bu Keçəlin toyunu edim. Sizin bayramqabağı verdiyiniz sərəncamlardan sonra xurcunlarımız da doldu, xonçalarımız da. Odur ki, bu Keçəlin toyunu rahat edə bilərəm.
Keçəl: Cənab Prezident, təşəkkür edirəm, gəlin, adət-ənənələrimizə uyğun olaraq bu il də yumurta döyüşdürək ki, elimiz-obamız daha da bərəkətli olsun. Qoy bu il də Azərbaycanımızın sorağı eldən-elə, dildən-dilə dolaşaraq hey ucalsın. Bayramınız mübarək olsun.
Prezident İlham Əliyev: Təbrik edirəm, bayramınız mübarək olsun.
Kosa və Keçəl dövlətimizin başçısı ilə yumurta döyüşdürüblər.

Tehsil-press.az

Oxşar xəbərlər