Bakı Dövlət Universitetində onlayn elmi seminar: Şimali Qafqazın türk xalqlarının etnik tarixləri və mədəniyyətləri

Bakı Dövlət Universitetində onlayn elmi seminar: Şimali Qafqazın türk xalqlarının etnik tarixləri və mədəniyyətləri Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə, xarici qonaqların da iştirak etdiyi “Şimali Qafqazın türk xalqları: etnik tarixləri və mədəniyyətləri” mövzusunda onlayn elmi seminar keçirilib.
Universitetin Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Məmməd Rəcəbov informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən istifadə edərək onlayn platformada yeni bilik, təcrübə və imkanlar qazanmağın əhəmiyyətindən bəhs edib.
Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfovanın moderatorluğu ilə keçən seminarda çıxışlar dinlənilib, müzakirələr aparılıb.
Sonra Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasının müdiri Kərəm Məmmədov “Şimali Qafqazın türk xalqları: etnik tarixləri və mədəniyyətləri” mövzusunda məruzə ilə çıxış edib. Çıxışda türk xalqlarının etnoqrafiya və antropologiyası, Qafqazın türk xalqlarının etnoqrafik-antropoloji cəhətləri, Şimali Qafqazın aborigen türkləri - kumıklar, qaraçay və balkarlar, noqayların mədəniyyəti, adət-ənənələri, linqvistik bölgü ilə bağlı geniş məlumat verilib.
Rusiya Federasiyasının Humanitar Tədqiqatlar İnstitutunun Balkar ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, Rusiya Federasiyası Yazıçılar İttifaqının və Rusiya Federasiyası Jurnalistlər İttifaqının üzvü Tamara Bittirova, Rusiya Yazıçılar İttifaqının və Jurnalistlər İttifaqının üzvü Baqautdin Acamatov, Həştərxan Dövlət Universitetinin Rusiya tarixi kafedrasının doktorantı Ramil Şmuxambetov, Tarix fakültəsinin Tədris Metodiki Şurasının sədri Mehman Abdullayev, Qafqaz xalqları tarixi kafedrasının müdiri, professor İradə Hüseynova məruzə ilə bağlı fikirlərini səsləndirib, türk xalqlarının tarixindəki ortaq problemlər, əlaqələrin davam etdirilməsi, müştərək elmi tədqiqatların aparılması barədə müzakirələr aparıblar.
“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş elmi seminar iştirakçıların marağına səbəb olub.

Tehsil-press.az

Oxşar xəbərlər