Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin təşkilatçılığı, tanınmış yerli və əcnəbi hüquqşünas alimlərin iştirakı ilə “Törədilən beynəlxalq cinayətlərə görə Ermənistanın məsuliyyətinin hüquqi əsasları” mövzusunda onlayn elmi seminar keçirilib.
Əvvəlcə Ermənistan silahlı qüvvələrinin təxribata əl ataraq dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmə cəhdinin qarşısını alarkən həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BDU-nun rektoru Elçin Babayev elmi seminarın çox aktual məsələnin müzakirəsinə həsr olunduğunu diqqətə çatdırıb. Rektor qeyd edib ki, ermənilərin xalqımıza qarşı XIX əsrdən başlayan və XX əsrdən isə sürətlənən təcavüzkarlıq və soyqırımı siyasəti dünya ictimaiyyəti tərəfindən hələ də cavabsız qalır. Təcavüz və soyqırımı siyasətinin beynəlxalq ictimaiyyətin gözü qarşısında davam etməsi isə beynəlxalq əməkdaşlıq siyasətinə ağır zərbələr vurmaqdadır. Məlumdur ki, Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü ilə əlaqədar BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə (822, 853, 874, 884 saylı) qəbul edilsə də, həmin qətnamələr yerinə yetirilməyib.
Rektor vurğulayıb ki, bu gün Şərqlə Qərbi birləşdirən geostrateji tranzit xətlərinin, qlobal enerji layihələrinin başlıca təminatçısına çevrilən Azərbaycan üçün milli təhlükəsizliyin təminatı xüsusilə aktualdır. Bu aktuallıq bir tərəfdən ölkəmizin əlverişli coğrafi mövqedə yerləşməsi, digər tərəfdən isə Ermənistanın təcavüzü ilə üzləşməsi, müharibə şəraitində yaşaması ilə bağlıdır. Regionda düşmənçilik və ədavət yaradan təcavüzkar erməni separatizminin, erməni diasporu tərəfindən irəli sürülən cəfəng iddiaların, tarixi saxtakarlıqların qarşısının alınması qarşıda duran ən vacib vəzifələrdir.
E.Babayev Ermənistan silahlı qüvvələrinin təxribata əl ataraq dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmə cəhdini Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə mane olmaq cəhdi kimi dəyərləndirib. Qoşunların təmas xəttində erməni təxribatının qarşısını alarkən qəhrəmanlıqla həlak olan şəhidlərimizin və mülki vətəndaşın olduğunu bildirən rektor Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin şəhidlərimizin qisasının alındığı fikrini seminar iştirakçılarının nəzərinə çatdırıb. Ermənistanın təcavüzkar siyasətinin beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təhdid olduğunu vurğulayıb.
BDU-nun Hüquq fakültəsinin dekanı, professor, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Əmir Əliyev “Törədilən beynəlxalq cinayətlərə görə Ermənistanın məsuliyyətinin hüquqi əsasları” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, müasir dövlətlərarası münasibətlər sistemdə sülh və təhlükəsizliyin təmin olunması, qarşıdurmaların və silahlı münaqişələrin aradan qaldırılması, ərazi toxunulmazlığı, transmilli cinayətkarlığa qarşı mübarizə beynəlxalq hüququn prioritetlərindən hesab olunur. Dünyada gedən qloballaşma prosesinin ölkələrarası əməkdaşlığı zərurətə çevirdiyi bir vaxtda Ermənistan beynəlxalq hüququn əsas norma və prinsiplərinə etinasızlıq göstərməklə məhz özünü ifşa edir. Beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistan işğalçı və təcavüzkar mövqeyini davam etdirir. Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində son gərginlik onu göstərir ki, Ermənistan məqsədyönlü şəkildə bu təxribata hazırlaşıb.
Məruzədə insanlıq əleyhinə cinayətlərin mahiyyəti, xüsusiyyətləri, tərkib elementləri və növləri, beynəlxalq təşkilatlarla iş prinsipi, Beynəlxalq Cinayət Məhkəməsinin bu sahədə fəaliyyəti, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlər ətraflı şərh edilib.
Hüquq fakültəsinin dekanı Əmir Əliyevin moderatorluğu ilə keçən konfransda çıxışlar dinlənilib, müzakirələr aparılıb.
Türkiyənin Qazi Universitetinin professoru İlyas Doğan, İstanbul Universitetinin professoru Fethi Gedikli, Ankara Universitetinin dosenti Cavid Abdullazadə, Ukraynada Azərbaycan diasporunun rəhbəri Hikmət Cavadov, Kazan Federal Universitetinin dosenti Üzeyir Məmmədov, İsveçin Stokholm şəhərindən Beynəlxalq insan hüquqları üzrə tanınmış mütəxəssis Saleh Kamrani, Hüquq fakültəsinin professor-müəllim heyətindən – Məhəbbət Dəmirçiyeva, Kamil Səlimov, Əfsər Sadiqov, Şəhla Səmədova, Ramiz Sevdimalıyev, Rahim Məmmədov, Firuzə Abbasova, Turqay Hüseynov, Bəxşeyiş Əsgərov, Aydın Səfixanlı məruzə ilə bağlı fikirlərini səsləndiriblər.
Çıxışlarda Ermənistan dövlətinin düşmənçilik və təcavüzkar mövqeyi, ATƏT-in Minsk qrupunun fəaliyyəti, erməni vandalizminin tarixi kökləri, beynəlxalq münasibətlər və normalar sistemi, beynəlxalq hüquq normaları, ərazi bütövlüyü prinsipi, xalqların öz müqəddəratını təyinetmə prinsipi, beynəlxalq məsuliyyət, müasir beynəlxalq hüququn əsas cəhətləri, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qanunsuz və hüquqazidd fəaliyyəti, Azərbaycan Respublikasının beynəlxalq-hüquqi mövqeyi, müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair Cenevrə Konvensiyası, beynəlxalq hüququn subyektləri, sülh və insanlıq əleyhinə olan cinayətlər kimi məsələlərə aydınlıq gətirilib.
“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş elmi seminarı 150-dən çox izləyici dinləyib. Onlayn seminar çoxsaylı sualların cavablandırılması ilə yekunlaşıb.
Tehsil-press.az