Paşinyan dedi ki, bura Azərbaycan ərazisidir

Paşinyan dedi ki, bura Azərbaycan ərazisidir İtkin düşən erməni əsgərlərinin anaları Ermənistanın Baş naziri Nikol Paşinyanla danışmağa müvəffəq olub.
Bu barədə əsgər analarından biri sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, valideynlər baş nazirə onları maraqlandıran bir sıra suallar ünvanlayıb:
“Biz ona artıq 22 gündür ki, hərbçi oğullarımızdan xəbər ala bilmədiyimizi söylədik. Buna cavab olaraq Paşinyan bu bölgələrin artıq Azərbaycanın ərazisi olduğuna görə bizim üçün əlçatmaz olduğunu bildirdi”.
Döyüşlərdə iştirak edən David Katanyan isə ilk toplantı zamanı Qarabağa getmiş üç dostunun və bir qardaşının itkin düşdüyünü söyləyib:
“Şiddətli döyüşlər zamanı əsgərlərimiz “A” nöqtəsindən “B”nöqtəsinə keçməli idi, lakin “B”nöqtəsinin harada olduğu bizə dəqiq bildirilməmişdi. Bəzi oğlanlarımız Azərbaycan Silahlı Qüvvələrinin pusqusuna düşdülər. Mən pusqudan çıxa bildim, digərləri isə qaldı. Komandirimiz yox idi, ancaq bizi bu əməliyyata göndərən general Andranik Makaryan idi. O əsgərlərin hamısının sağ olduğunu bilirəm. Onlara normal münasibət göstərdiklərinin şahidi oldum. Səlahiyyətli orqanlarımızın onları niyə geri ala bilmədiklərini anlaya bilmirəm. Rəhbərimiz bunların Azərbaycan əraziləri olduğunu deyir, nə deyə bilərəm ki... Əgər belə idisə, biz nə üçün vuruşmuşuq?!”

Tehsil-press.az

Oxşar xəbərlər