Qeyd edək ki, müsabiqə qaliblərinin hər biri müvafiq təltifnamə və 9 ay müddətində hər ay 200 AZN məbləğində təqaüd əldə edəcək. Proqramda iştirak edən tələbələrin QSC-də təcrübə proqramlarında iştirakı və məzun olduqdan sonra müvafiq vəzifələr üzrə işlə təmin edilməsi nəzərdə tutulur.
“AzerGold” QSC 2021-ci ildən ali və peşə təhsili üzrə “Təqaüd proqramı” layihələri icra edir. Bu günədək ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alan 28, peşə təhsili müəssisələrində təhsil alan 35 nəfər tələbəyə təqaüd verilib.
Tələbələrimizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!
Tehsil-press.az