Ulu öndər Heydər Əliyev elmimizin inkişafına, elm adamlarına daim böyük diqqət göstərib

Ulu öndər Heydər Əliyev elmimizin inkişafına, elm adamlarına daim böyük diqqət göstərib Mayın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən elmi sessiya keçirilib.
Tədbirdə institutun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən danışıb. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli Liderin müxtəlif ölkələrə tarixi səfərlərini xatirladan G.Baxşəliyeva Azərbaycanın dünyanın bir sıra nüfuzlu beynəlxalq təşkilatlarına üvz seçilməsində Ulu Öndərin böyük rolunu xüsusi qeyd edib.
Müstəqil Azərbaycanın rəhbərliyinə xalqın təkidli tələbi ilə respublikanın ən çətin vaxtında gələn ulu öndər Heydər Əliyevin qısa müddətdə ictimai asayişin bərpasına nail olduğunu deyən G.Baxşəliyeva Ümummilli Liderin xalqda gələcəyə böyük inam yaratdığını, qısa vaxtda ölkəmizin yüksək iqtisadi inkişafının əsasını qoyduğunu, Azərbaycanı regionda lider dövlətə çevirdiyini vurğulayıb.
G.Baxşəliyeva bu gün də Ulu Öndərin müxtəlif sahələrdə siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib, ölkədə gedən nəhəng quruculuq işlərinin, gündən-günə güclənən iqtisadiyyatımızın, sürətlə abadlaşan və inkişaf edən şəhər və rayonlarımızın, mədəniyyətə, elmə, səhiyyəyə göstərilən əvəzsiz qayğının bunun əyani təsdiqi olduğunu bildirib.
G.Baxşəliyeva müdrik rəhbər Heydər Əliyevin ölkənin həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini söyləyib, Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdanda, 1993-cü ildə birinci görüşünü Elmlər Akademiyasında Azərbaycan ziyalıları ilə keçirdiyini xatırladıb.
AMEA-nin İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova bu elm məbədinin müxtəlif institut və təşkilatlarında Ümummilli Liderin anadan olmasının 95-ci ildönümü ilə əlaqədər silsilə tədbirlərin keçirildiyini bildirib, Ulu Öndərin Azərbaycan elminin inkişafında müstəsna xidmətlərindən danışıb. Qeyd edilib ki, bu gün Azərbaycan elmi Ümummilli Liderin arzuladığı kimi inkişaf edir. Elmimiz dünya elminə inteqrasiya olunur, alimlərimizin məqalələri müxtəlif nüfuzlu jurnallarda dərc edilir.
“Heydər Əliyev və türk dünyası” mövzusunda məruzə ilə çıxış edən iqtisad elmləri doktoru Dünyamalı Vəliyev ölkəmizin türk respublikaları ilə əlaqələrinin səmimi müstəvidə qurulmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini qeyd edib, Ümummilli Liderin “Bir millət – iki dövlət” ifadəsinin iki qardaş ölkə arasında münasibətlərin şüarına çevrildiyini bildirib.
Tədbirdə “Heydər Əliyev və müsəlman Şərqi”, “Heydər Əliyevin Şərq siyasətində İran” və digər mövzularda məruzələr dinlənilib.

Hikmət Əliyev


Ulu öndər Heydər Əliyev elmimizin inkişafına, elm adamlarına daim böyük diqqət göstəribUlu öndər Heydər Əliyev elmimizin inkişafına, elm adamlarına daim böyük diqqət göstəribUlu öndər Heydər Əliyev elmimizin inkişafına, elm adamlarına daim böyük diqqət göstərib

Oxşar xəbərlər