Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə onlayn formatda “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.
Yarış dövlət himnimizin səsləndirilməsi ilə başlayıb. Münsiflər heyəti və komandalara nəzarət edən TEC-in sədri Rahilə Əhmədova yarışın qaydaları barədə iştirakçıları məlumatlandırıb. Layihə rəhbəri, TEC-in sədr müavini İsa İsayevin təklifi ilə şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq yarışda iştirak edən komandalara onların adları verilib.
“Microsoft Teams” platforması üzərindən 4 tur, hər turda 9 sualı cavablandırmaqla baş tutan intellektual yarışda suallar dünyagörüşü, məntiq, tarix, idman, təhsil, hərbi vətənpərvərlik və s. sahələri əhatə edib. Tələbələr 6 nəfərdən ibarət komandalar şəklində təmsil olunublar. Solmaz Məmmədlinin kapitanı olduğu “Cəbrayıl Dövlətzadə” komandası 20 balla qalib gəlib.
Tehsil-press.az