Bakı Slavyan Universitetində (BSU) Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin Jurnalistika kafedrasının professoru, Əməkdar jurnalist, pedaqoq-alim, ”Azad Azərbaycan” Teleradio Yayım Şirkətinin Bədii Şurasının sədri Etibar Babayevin 70 illik yubileyinə həsr olunmuş onlayn konfrans keçirilib.
“Microsoft Teams” platforması üzərindən keçirilən konfransda BSU-nun rəhbərliyi, fakültə dekanları, dekan müavinləri, kafedra müdirləri, şöbə müdirləri və digər struktur bölmələrin məsul şəxsləri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan BSU-nun rektoru, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva konfrans iştirakçılarını Qarabağ uğrunda apardığımız ədalətli, müqəddəs və şərəfli Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə münasibətilə təbrik edib və bu şanlı, parlaq Qələbənin sevincini, qürurunu xalqımıza yaşatdığı üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə ürəkdən təşəkkür edib və dövlət başçımıza ölkəmizin ərazi bütövlüyü uğrunda apardığı cəsarətli, qətiyyətli, fədakar fəaliyyətində yeni-yeni böyük nailiyyətlər arzulayıb.
Nurlana Əliyeva rəhbərlik etdiyi ali təhsil müəssisəsinin kollektivi adından professor Etibar Babayevi 70 illik yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, elmi-pedaqoji və televiziya sahəsindəki fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayıb. Rektor deyib: “Ölkə ictimaiyyəti sizi böyük təşkilatçılıq bacarığına malik, yaradıcı, işgüzar, milli maraqlarımızın keşiyində duran, ulu öndər Heydər Əliyev məktəbinin davamçısı, sayıb-seçilən ziyalı kimi tanıyır. 50 illik yaradıcılığınızda müəllifi və aparıcısı olduğunuz maraqlı teleradio verilişləriniz, mətbuatda elmi-publisistik məqalələriniz, dərin mənalı kitablarınız, ictimai-siyasi dolğunluğu ilə seçilən çoxsaylı filmlərinizlə milli jurnalistikamızda dönüş yaratmış parlaq simalardansınız.
Azərbaycanla qardaş Türkiyə arasında mədəni əlaqələrin inkişafında uzunmüddətli səmərəli xidmətləriniz ürəklərdə həkk olunub. Sovet dönəmində Türkiyədən əsən azadlıq havasını televiziya ekranı vasitəsilə hər evə gətirən məhz Etibar Babayev oldu. Bu gün azərbaycanlıların göz bəbəyi Türkiyənin həmin illərdə ən qapalı və əlçatmaz ölkələrdən biri olduğuna inanmaq çətindir. Bu çətin sovet atmosferində tamamilə yeni formatda hazırlanmış türk səhnəsinin ulduzları ilə canlı müsahibələrinizdən ibarət “Sözlü-nəğməli İstanbul” müəllif proqramınız yaxınlaşan dəyişiklik ruzigarının rəmzi idi. Televiziya ekranından tamaşaçılar tək jurnalist Etibar Babayevi deyil, yeni zamanın carçısını izləyirdilər.
BSU-da 2007-ci ildən səmərəli elmi-pedaqoji fəaliyyətiniz, Jurnalistika kafedrasının yaradılmasında və formalaşmasında fəal iştirakınız, təşəbbüsünüz və təşkilatçılığınız ilə BSU-da Heydər Əliyev tələbə radio studiyasını yaratmağınız, universitetin ictimai-mədəni həyatında yaxından iştirak etməyinizlə rəhbərliyin və kollektivin dərin hörmətini qazanmısınız.
Konfransda Jurnalistika kafedrasının müdiri, professor, Əməkdar jurnalist Şəlalə Həsənova, həmin kafedranın dosenti Mübariz Əhmədov professor Etibar Babayevin həyat və yaradıcılığı haqqında məruzələrlə çıxış ediblər.
Tədris işləri üzrə prorektor, professor Telman Cəfərov, elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov, tərbiyə işləri prorektor, dosent Xanım Sultanova, Jurnalistika kafedrasının professoru Şahbaz Musayev, həmin kafedranın müəllimi Əhməd Əsgərov və başqaları çıxış edərək professor Etibar Babayevi istedadlı jurnalist, yüksək səviyyəli alim-mütəxəssis, nəcib, səmimi, qayğıkeş və xeyirxah insan, əsl ziyalı, gözəl ailə başçısı kimi səciyyələndirərək ona ən xoş arzu və diləklərini çatdırıblar.
Professor Etibar Babayev göstərilən diqqət və qayğıya görə BSU-nun rəhbərliyinə təşəkkür edib və yaradıcılıq planları barədə geniş məlumat verib.
Tehsil-press.az