Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin BDU-nun hərbi xidmətə çağırılmış məzunları ilə onlayn görüşü keçirilib. Rektor məzunları təbrik edərək, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təmin edilməsində Azərbaycan Ordusunun müstəsna rolundan, qüdrətindən söz açıb.
Görüşdə E.Babayev 100 illik tarixi olan bu universitetin təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində ilk dünyəvi ali təhsil ocağı kimi dünya elminə, mədəniyyətinə, siyasətinə təsir göstərmək qüdrətinə malik tarixi şəxsiyyətlər yetişdirdiyini diqqətə çatdırıb. O, ümummilli lider Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu olduğunu böyük qürur hissi ilə xatırladıb.
E.Babayev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasətinin hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini deyib. BDU-nun rəhbəri hərbi xidmətə çağırılmış gənclərə tövsiyələrini verib, onlara uğurlar arzulayıb. O, dövlət müstəqilliyinin qorunmasında, gənclərin bir şəxsiyyət kimi formalaşmasında milli ordumuzun əhəmiyyətindən söz açıb.
BDU-nun Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli bildirib ki, məzunların universitetdə aldığı biliklər onlara həyatda layiqli yer tutmaq üçün yardımçı olacaq. Professor, həmçinin ordu quruculuğu sahəsində qazanılmış uğurlardan danışıb, Vətəni göz bəbəyi tək qorumağın müqəddəs vəzifə olduğunu vurğulayıb.
Sonra çıxış edən valideynlər ordu sıralarına yola düşən gənclərə xoş arzularını çatdıraraq, onlara ölkəmizin ərazi bütövlüyünün qorunmasında müvəffəqiyyətlər arzu ediblər.
Onlayn görüşdə iştirak edən hərbi xidmətə çağırılmış məzunlar onlara göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildirərək, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə hər zaman hazır olduqlarını söyləyiblər.
Tehsil-press.az