Azərbaycan Respublikasının İraq Respublikasındakı müvəqqəti işlər vəkili Nəsir Məmmədovun bu ölkənin ali təhsil və elmi tədqiqatlar naziri Nabil Abdulsahiblə görüşü olub.
Görüşdə N.Məmmədov iki ölkə arasında mövcud olan tarixi, dini və mədəni köklərlə sıx bağlılıqdan danışıb və İraqla əlaqələrin inkişafına ölkəmizin xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb.
Diplomat iki ölkə arasında hökumətlərarası komissiyanın və Azərbaycan-İraq parlamentlərarası işçi qrupunun fəaliyyəti barədə məlumat verərək, “Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq haqqında Saziş”in olduğunu deyib və bu Saziş çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.
N.Məmmədov “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliyinin artırılması üzrə Dövlət Proqramı”, eləcə də ölkəmizin ali təhsil müəssisələri barədə məlumat verərək, son illər ərzində Azərbaycanda elm və təhsil sahəsinə dövlət tərəfindən xüsusi diqqətin göstərilməsini nəzərə çatdırıb.
Nazir N.Abdulsahib Azərbaycanda təhsilin keyfiyyətli və yüksək səviyyədə olduğu, bu sahəyə dövlət tərəfindən xüsusi diqqətin ayrıldığı barədə məlumatlı olduğunu bildirib. Hazırda Azərbaycanın ali təhsil ocaqlarında yüzlərlə iraqlı tələbənin təhsil aldığını qeyd edən nazir gələcəkdə onların sayının artırılmasında birgə fəaliyyətin göstərilməsinin vacibliyini vurğulayıb. Nazir Azərbaycan ilə elm və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi və bunun üçün zəruri tədbirlərin həyata keçirilməsinin zəruriliyini bildirib. O, ali təhsil müəssisələri barədə məlumat verərək qeyd edib ki, İraqda 30 dövlət, 65 özəl universitet fəaliyyət göstərir və 800 mindən çox tələbə bu universitetlərdə ali təhsil alır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tehsil-press.az