Hüquq və İnsan Haqları İnstitutunun elmi işçisi Beynəlxalq Elmi-Tədqiqat Heyətinə üzv seçilib

Hüquq və İnsan Haqları İnstitutunun elmi işçisi Beynəlxalq Elmi-Tədqiqat Heyətinə üzv seçilib Hüquq və İnsan Haqları İnstitutunun elmi işçisi Səid Musayev dünyada antisemitizmə qarşı mübarizə sahəsində fəaliyyət göstərən Qlobal Antsiemitizm və Siyasətin Tədqiqi İnstitutunun (Institute for the Study of Global Antisemitism and Policy) Beynəlxalq Elmi-Tədqiqat Heyətinin üzvü seçilib.
Səid Musayev Avropada antisemitizmin mövcud problemləri, ekstremizmlə mübarizə və Azərbaycanda yəhudilərin uğurlu birgəyaşayış modelinin tədqiqi sahəsində apardığı elmi araşdırmalarına görə Elmi-Tədqiqat Heyətinə üzv qəbul olunub.
Qeyd edək ki, sözügedən Elmi-Tədqiqat Heyəti müasir antisemitizm mövzusunun multidisiplinar tədqiqatı ilə məşğul olur. Dünyanın qabaqcıl universitetlərindən olan yüksək səviyyəli professor və araşdırmaçılardan ibarət beynəlxalq qrupdur.
Xatırladaq ki, Səid Musayev 2016-cı ildən “Antisemitizm, rasizm və radikallaşmaya qarşı insan hüquqları kontekstində mübarizə üsulları Avropada və Azərbaycan nümunəsi” mövzusunda tədqiqat işləri aparır, 2017-ci ilin iyun ayında ABŞ-ın Qlobal Antsiemitizm və Siyasətin Tədqiqi İnstitutunun beynəlxalq qrantını qazanaraq Böyük Britaniyanın Oksford Universitetində beynəlxalq təlimlərdə iştirak edib. 2018-ci ildə isə Fransanın Strasburq Universitetinin Hüquq, Din, Cəmiyyət, Müəssisə İnstitutunun dəvəti əsasında AMEA-nın təqaüdü ilə bu ölkədə mövzusu ilə əlaqədar bir il elmi-tədqiqat işləri aparıb.

Tehsil-press.az

Oxşar xəbərlər